AVTO

BMW aşmayan motosiklet təqdim etdi
14 OKTYABR
406

BMW aşmayan motosiklet təqdim etdi

2016-10-14 10:31:00

BMW şirkəti gələcəyin texnologiyalarından istifadə olunan Mottorad Vision Next 100 motosikletinin koseptini təqdim etdi.

Fins.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Next 100 motosikleti balansı avtomatik saxlayacaq. Deməli, insan hətta ən kəskin döngələrdə belə yıxılmayacaq. Layihəçilər bu texnologiyanın təhlükəsizliyindən o qədər əmindilər ki, dəbilqə və kostyumdan da imtina etməyi təklif edirlər.

Qeyd edək ki, bu yeni modelin mühərriki yüksək ekoloji cəhətləri ilə də seçiləcək.

Bundan başqa, dəbilqəni artırılmış reallıq enyəyi ilə əvəz etmək istəyirlər. Bu eynəklər həmçinin gözləri küləkdən də qoruyacaq.Yarımşəffaf displeydə isə əlavə məlumatlar nümayiş olunacaq. Ola bilsin ki, sürücü sürəti, naviqasiyanı və arxa kameradan olan təsviri də görə biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272