AVTO

Avtomobillərə gömrük rüsumu artmalıdır – YENİ TƏKLİF
13 OKTYABR
8974

Avtomobillərə gömrük rüsumu artmalıdır – YENİ TƏKLİF

2016-10-13 12:02:00

Dünya bazarında neftin ucuzlaşması və gəlirlərin azalması özünü dövlət büdcəsinin göstəricilərində də göstərib. İlkin layihəyə əsasən, 2017-ci ildə büdcənin gəlirləri 15 955 milyon manat olacaq ki, bu da 2016-cı ilin göstəricilərindən 867 milyon manat və ya 5,2% azdır. Büdcənin xərcləri isə 16 600 milyon manat təşkil edəcək, bu 2016-cı ilin büdcə xərclərindən 1 895 milyon manat və ya 10,2% azdır.

Büdcənin əsas gəlir mənbəyi olan neftin dünya bazarında ucuzlaşması əlavə gəlir mənbələri axtarmaq ehtiyacı yaradır. Bu ehtiyatlardan biri də xarici ölkələrdən Azərbaycana gətirilən minik avtomobilləri üçün aksiz vergilərinin artırılması ola bilər. Söhbət mühərrikinin həcmi 2 litrdən (2 min kub santimetrdən) artıq olan minik avtomobillərindən gedir.

Vergilər Məcəlləsinə (maddə 190) görə, hazırda ölkəyə gətirilən minik avtomobillərinlən aksiz vergisi onların mühərrikinin həcminə görə tutulur. Belə ki, mühərrikinin həcmi 2 min kubsantimetrə qədər olan maşınlardan hər kubsantimetrə görə 20 qəpik, mühərriki 2000-3000 kubsantimetr olan avtomobillərdən 400 manat, üstəgəl hər əlavə kubsantimetrə görə 1,5 manat vergi tutulur. Mühərrikin həcmi 3000-4000 kubsantimetr olan avtomobillərdə hər kubsantimetrə görə 4 manat, 4 000-5 000 kubsantimet olan avtomobillərdə hər kubsantimetrə görə 8 manat, mühərrikinin həcmi 5 000 kubsantimetrdən artıq avtoombillərdə isə əlavə hər kubsantimetrə görə, 10 manat aksiz vergisi hesablanır (Cədvələ bax)

Vergitutma obyektinin adı

Aksiz dərəcəsi

Minik avtomobilləri:

- mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda

Mühərrikin həcminin hər kubsantimetrinə görə - 0,20 manat

- mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda

400 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 1,5 manat

- mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda

1900 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 4 manat

- mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda

5900 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 8 manat

- mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda

13900 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə - 10 manat

İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr

Mühərrikin həcminin hər kubsantimetrinə  görə - 3 manat

 

Göründüyü kimi, bu cədvələ əsasən, daha böyükmühərriki olan avtomobillərə görə vergi daha yüksəkdir, amma fərq o qədər də böyük deyil. Yəni məsələn, mühərrikinin həcmi 2 000 kubsantimetr olan avtomobildən tutulan aksiz vergisi ilə (400 manat) mühərrikinin həcmi 5 000 kubğsantimetr olan avtomobillərdən tutulan aksiz vergisinin məbləği (13 900 manat) arasında cəmi 13 500 manat fərq  var. Vaxtilə, Vergilər Məcəlləsinə bu bənd daxil ediləndə 1 dollar 0,78 manat idi. Başqa sözlə, göstərdiyimiz misaldakı avtomobillərin vergi məbləğləri arasındakı fərq təqribən 17,3 min dollar təşkil edirdi. 

İndi isə vəziyyət dəyişib – 2015-ci ildə iki dəfə baş verən devalvasiyadan sonra hazırda ABŞ dollarının məzənnəsi 1,6 manata yüksəlib. Nəticədə haqqında danışdığımız 7 min manatlarq vergi fərqi hazırda cəmi 8400 dollara bərabərdir. 

Halbuki, dolların məzənnəsinin artması nəticəsində avtomobillərin satış qiymətləri təqribən 2 dəfə yüksəlib. Başqa sözlə, avtoombillərin qiymətləri və qiymət fərqləri artdığı halda, onlara aksiz vergiləri dəyişməyib, nəticədə onların tətbiqi üçün nəzərdə tutulan məqsədlərə cavab vermir.   

Mühərriki kiçik və böyük olan avtomobillər üçün tutulan aksiz vergiləri arasında fərqin kiçik olması, avtomobil alıcılarını cüzi artıq məbləğ ödəməklə daha bahalı və böyük mühərrikli avtomobil almağa həvəsləndirir. Bu isə həm sosial ədalət prinsiplərinə ziddir, həm də büdcəyə vəsaitlərin toplanması baxımından geniş bazanın kənarda qalmasına səbəb olur.  

Bütün bunları nəzərə alaraq hesab edirik ki, xaricdən gətirilən avtomobillər üçün aksiz vergisinin dərəcəsinə yenidən baxılması və onların azı 2-4 dəfə artırılması məqsədə uyğundur. 

Minik avtomobilləri ilə yanaşı, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə də aksiz vergiləri artırılmalıdır. Bu vasitələrin qiymətləri onsuz da yüksək olduğuna görə, aksiz vergisinin artırılması onların alınması ilə bağlı qərarlara ciddi təsir etməyəcək, əvəzində büdcə gəlirlərini artıracaq. 

Yuxarıda göstərilən bütün səbəblərlə yanaşı, aksiz vergisinin artımında devalvasiyaların təsiri də hökmən nəzəralınmalıdır.

Başqa sözlə, təklif edilən dəyişikliyə əsasən, yuxarıdakı cədvəl əslində belə görünməlidir.

Vergitutma obyektinin adı

Aksizin dərəcəsi

Minik avtomobilləri:

 

mühərrikin həcmi 2000 kub santimetrədək olduqda

Mühərrikin həcminin hər kub santimetrinə görə - 0,30 manat

mühərrikin həcmi 3000 kub santimetrədək olduqda

600 manat + mühərrikin həcminin 2001-3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə - 2,5 manat

mühərrikin həcmi 4000 kub santimetrədək olduqda

3100 manat + mühərrikin həcminin 3001-4000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə - 8 manat

mühərrikin həcmi 4000 kub santimetrdən çox olduqda

11 100 manat + mühərrikin həcminin 4000 kub santimetrdən çox hissəsi üçün hər kub santimetrə görə - 16 manat

istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr

Mühərrikin həcminin hər kub santimetrinə görə - 4 manat

Əgər bu dəyişikliklər tətbiq olunarsa, yuxarıda göstərdiyimiz misalda – mühərrikinin həcmi 2000 kubsantimetr və 5000 kubsantimetr olan avtomobillərə tətbiq olunan aksiz vergiləri arasında fərq hazırda olduğu kimi 7 min manat yox, 27 min manat təşkil edəcək. Avtomobil bazarındakı qiymətləri və bu avtomobillərin alıcılarının hansı sosial təbəqəyə məxsus  olduqlarını nəzərə alanda tamamilə ədalətli rəqəmdir. 

Məsələnin ekoloji tərəfi də var – iri mühərrikli avtomobillərə verginin artırılması alıcıların bir hissəsinin belə avtombillərdən imtina edərək nisbətən kiçik mühərrikli, yəni ekoloji cəhətdən daha təmiz avtoombillərə üstünlük verməsilə nəticələnəcək.

Digər tərəfdən nisbətən kiçik mühərrikli avtoombillərin yanacaq sərfinin aşağı olması insanları öz imkanlarından daha səmərəli istifadəyə həvəsləndirəcək. 

Nəhayət, bu addım təhlükəsizlik baxımından da, düzgün olardı. İri mühərrikli, gücü böyük olan avtomobillər sahiblərini sürət yarışına çıxmağa həvəsləndirirdi ki, bu da adətən ətrafdakılar üçün təhlükə yaratmaqla bəzən bədbəxt hadisələrlə nəticələnirdi. Mühərriki, kiçik və nisbətən az güclü avtomobillərdə isə bunu etmək çətindir. Deməli daha yüksək vergilərin tətbiqi bu sahədəki pozuntuları da azalda bilər. Bu isə başqa bir söhbətin mövzusudur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272