AVTO

Bakıda avtomat sürət qutulu rus avtomobilləri – QİYMƏT
12 OKTYABR
3604

Bakıda avtomat sürət qutulu rus avtomobilləri – QİYMƏT

2016-10-12 17:20:00

Bakıda avtomat (robot) sürət qutulu Rusiya istehsalı avtomobillər satışa çıxarılacaq. Söhbət luks  “Lada Xray” və “Lada Vesta” modellərindən gedir. Rusiya avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı  “Xəzər Lada” şirkətindən fins.az-a verilən məlumata görə, yeni modellər Bakıda noyabr ayının sonunda satışa çıxarılacaq.

Hər iki model 1.6-1.8 l mühərriklə təhciz edilib. Avtomobillərin yanacaq sərfiyyatı isə 7-7.2 litr təşkil edir. Şirkətdən verilən məlumata görə, avtomobillərin luks versiyası bəzi əlavə təhcizatlara görə əvvəlki modeldən fərqlənir. Hər iki modeldə  yağış və işıq sensorları, arxa kamera, klimant kontrol və naviqasiya sistemi quraşdırılıb. Əsas yenilik isə “Lada Xray”  və “Lada Vesta”nın ilk dəfə avtomat sürət qutusu ilə təhciz edilməsidir.

Şirkətdən verilən məlumata görə, yeni modellər müştərilərin istəyi nəzərə alaraq satışa çıxarılır. Belə ki, yerli avtomobil alıcıları adətən yeniliklərə maraq göstərirlər: “Yenilik əgər Rusiya avtomobillərinə tətbiq edilibsə, bu alıcı üçün daha cəlbedicidir”. 

Avtomobilin qiymətlərinə gəlincə  lyuks versiya “Xray”ın Rusiya bazarında qiyməti 18200-19700 manat, “Vesta”nın qiyməti isə 13-17 min manat arasında dəyişir. Azərbaycan bazarı üzrə qiymətlər hələlik açıqlanmasa da, “Xəzər Lada”dan bildirilib ki, yeni “Xray”ın qiyməti 20 min manatdan yüksək olmayacaq.  Yeni “Lada Vesta”nın qiyməti isə hələlik müəyyən edilməyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272