AVTO

Maşının təmir xərcini elektron hesablamaq olacaq
03 OKTYABR
589

Maşının təmir xərcini elektron hesablamaq olacaq

2016-10-03 16:25:00

Bakıda artıq servisə getmədən bəzi avtomobillərin təmir xərcini elektron qaydada hesablamaq mümkündür. Söhbət “BMW”,“Mini” və “Rolls  Royce” avtomobillərindən gedir. Bu barədə fins.az-a adı çəkilən avtomobillərin Azərbaycanda rəsmi təmsilçisi “İmprotex Motors” şirkətindən bildirilib. 

10 mindən çox detalın qiymətini saytdan öyrənmək olacaq

Məlumata görə, yeni saytda (improtexmotors.com)“BMW”,“Mini” və “Rolls  Royce” avtomobillərinə aid  10 mindən çox ehtiyat hissəsi yerləşdirilib. Müştəri ehtiyat hissəsinin kodunu yazmaqla lazımi ehtiyat hissəsinin anbarda olub-olmamasını və hazırkı qiymətini öyrənə bilər. Məsələn, “BMW X5 E53” modelinin  yağ filtiri (11427512300) 27,38 manat, “BMW 750” modelinin akkumlyatoru (61216924023) 699 manatdır. Əgər ehtiyat hissəsi satışda yoxdursa, bu zaman  detalı sifariş etmək mümkündür.

Usta xərcini də hesablamaq mümkündür

Müştərilazımı ehtiyat hissəsini sifariş etdikdən sonra təmir xərcidə ayrıca hesablaya bilər. Şirkətdən bildirilib ki, servis üzrə müxtəlif xidmətlərin qiymətləri öz əksini tapıb. Hər xidmət üzrə 1 saatlıq orta xidmət xərcini sayt vasitəsilə müəyyən etmək olar. Məsələn, dəmirçi və rəngsaz bölməsi üzrə bir saatlıq usta xərci ortalama 51,6 manat, elektrik bölməsinə aid  1 saatlıq usta pulu 40-64 manat, çilingər işləri 43-54 manat, armatur bölməsinə aid servislər isə 54 manatdır. “İmprotexMotors”dan bildirilib ki, amma təmir xərci onun  müddətindən və işin ölçüsündən aslı olaraq dəyişə bilər.:“Məsələn, müştəri eyni vaxtda iki servisdən istifadə edirsə, təbii ki,  usta xərci daha az hesablanacaq”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275