Tesla Motors Co. öz elektromobillərinin satışını 2016-cı ilin üçüncü rübündə keçən ilin analoji müddəti ilə müqayisədə iki dəfə artırıb. Fins.az-ın xarici mətbuatına istinadən verdiyi xəbərə əsasən, Tesla iyuldan sentyabradək 24,5 min elektromobil realizə edib. Onlardan 15,8 mini sedan və Model S-lər və 8,7 mini Model X krossoverlər olub.
Dördüncü rübdə Tesla 50 mindən çox avtomobil satmağı planlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır