AVTO

Sürücülük vəsiqəsi almaq yaşı 19-a qaldırıldı
30 SENTYABR
710

Sürücülük vəsiqəsi almaq yaşı 19-a qaldırıldı

2016-09-30 17:10:00

Azərbaycanda “CE”, “D”, “DE” kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsi üçün təcrübə müddəti müəyyən edilib.

Fins.az xəbər verir ki, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilib.

Qanunun 33-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, “BE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ -19 yaşdan (“B” kateqoriyasına daxil oan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 1 ildən az olmamaq şərtilə), Tramvayları, trolleybusları idarəetmə hüququ-21 yaşdan, ”CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ -21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə), “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ-23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək səhəsində təcrübə 5 ildən az olmamaq şərtilə), “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ-26 yaşdan (65 yaşadək və “D” kateqorioyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə) yuxarı şəxslərə veriləcək.

Millət vəkili Fuad Muradov bildirib ki,  Bakıda ictimai nəqliyyatın  vəziyyəti yaxşı deyil: “Əgər metroların qabağında polis olmasa, vəziyyət daha da pis olar. Əgər kimsə bu işə yararlı deyilsə, o başqa sahədə işləməlidir”.

Mənbə: Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272