AVTO

“Nurgün Motors” avtomobilləri bahalaşdırdı – MODELLƏR VƏ QİYMƏTLƏR
29 SENTYABR
791

“Nurgün Motors” avtomobilləri bahalaşdırdı – MODELLƏR VƏ QİYMƏTLƏR

2016-09-29 16:49:00

“Nurgün Motors” sentyabr ayının 29-dan etibarən avtomobilərin qiymətlərini qaldırıb. Fins.az-ın məlumatına görə, söhbət “Reno”, “Dongfeng” və “Ford” modellərindən gedir. Bu avtomobillər 2000 manata kimi bahalaşıb.

“Reno” və “Dongfeng” modellərini 1000 manat civarında artıb. Məsələn, əvvəl 17900 manata satılan orta təhcizatlı “Logan” indi 18900 manata, 19900 manatlıq “Sandero” isə 20900 manata satılır. “Logan MCV” isə avtomobili artıq 19400-19900 manata deyil, 20400-20900 manata təklif edilir.

Çin avtomobili “Dongfeng”lərin ən ucuz modeli indi 16900 manata deyil, 17900 manata satılır. Söhbət “Dongfeng S30” modelindən gedir. “H30” modelləri 20900 manatdan 21900 manata kimi, “A30” modelləri 21900 manatdan 22900 manata kimi bahalaşıb.

“Ford” avtomobillərindən isə hələlik yalnız  yük modeli olan  “Tourneo Custom”un qiyməti 2000 manat artıb. Belə ki, bir neçə gün əvvəl 42900 manata satılan avtomobilin yeni qiyməti 44900 manat təşkil edir. 

“Nissan” və “İnfiniti” modellərinin qiymətləri isə hələlik dəyişməyib. Bu markaya aid yeni gətiriləcək modellərin də bahalaşacağı gözlənilir. 

“Nurgün Motors”dan fins.az-a  verilən məlumata görə, avtomobillərin bahalaşması dolların bahalaşması ilə bağlıdır. Belə ki, təzə modellər ölkəyə yeni məzənnəyə uyğun olaraq daha baha qiymətə daxil olur. Nəticədə avtomobillərin qiymətləri də yüksəlir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272