AVTO

Qanunsuz taksi fəaliyyətilə məşğul olanlar cəzalanacaq
28 SENTYABR
410

Qanunsuz taksi fəaliyyətilə məşğul olanlar cəzalanacaq

2016-09-28 16:57:00

 Hələ də rəsmi qeydiyyatdan keçmədən, fərqlənmə nişanı almadan xidmət göstərən taksilər mövcuddur. Fins.az-ən verdiyi məlumata əsasən, bu haqda Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib. 
Onun sözlərinə görə, Fərqlənmə nişanı olmadan xidmət göstərən şirkət, fiziki şəxs, sahibkar mütləq Bakı Nəqliyyat Agentliyinə müraciət etməlidir.
"Onlar müvafiq rüsumu bankda ödədikdən sonra fərqlənmə nişanı əldə edirlər. Yalnız bundan sonra Agentlik fərqlənmə nişanı verir. Nişan aldıqdan sonra sadaladığınız hərc-mərclik, taksilərin istənilən şəkildə avtobus dayanacaqlarını zəbt etməsi, istədikləri qiyməti müəyyən etməsinin tənzimlənməsi kimi məsələlər prosesin ikinci mərhələsidir. 
Gələcək üçün nəinki avtobuslarda, eyni zamanda taksilərdə taksometrlər quraşdırılması nəzərdə tutulub. Həmin taksometrə uyğun olaraq vətəndaş biləcək ki, bu, dövlət qeydiyyatlı taksidir. Xidmət göstərən sürücü də taksometrdə göstərilmiş yola uyğunlaşdırılmış rəqəm nümunəsində ödəniş alacaq. Bu baxımdan rəqabətli mühit formalaşacaq”.
N.Allahyarova qeyd edib ki, taksi xidməti göstərənlərin rəsmi statistikasını aparmaq mümkün deyil:
“Çünki, müəyyən insanlar var ki, günün bəzi saatları hansısa işdə işlədikdən sonra taksi fəaliyyətilə məşğul olur. Məhz onları müəyyən etmək problem yaradır. Ona görə fərqlənmə nişanı almaq üçün sürücülərin özlərinin bizə müraciət etməsini xahiş edirik. Bu, həm də vergidən yayınmanın qarşısını alır. Bizim işçilər tərəfindən təyin olunarsa ki, şəxs qanunsuz taksi fəaliyyətilə məşğuldur, o zaman aiddiyyatı qurumlara müraciət olunacaq, barələrində cəza tədbirləri görüləcək”.

Mənbə: modern.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275