AVTO

Azərbaycan-İran avtomobil zavodunun tikintisi nə vaxt bitəcək?-AÇIQLAMA
20 SENTYABR
794

Azərbaycan-İran avtomobil zavodunun tikintisi nə vaxt bitəcək?-AÇIQLAMA

2016-09-20 18:47:00

Avtomobil istehsalı üzrə Azərbaycan-İran birgə zavodunun tikintisini 2017-ci ilin mayında başa çatdırmaq planlaşdırılır. Fins.az-ın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycan-İran biznes forumunda deyib.

Qeyd edək ki,avtomobil istehsalı üzrə birgə müəssisə Azərbaycanın Neftçala rayonunda tikiləcək. İranın "Iran Khodro" və Azərbaycanın "Azeurocar" şirkəti birgə Dena, Rana, Soren və Samand markalı avtomobilər istehsal edəcəklər. Birgə müəssisənin illik gücü təxminən 10000 avtomobil təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272