AVTO

Bakı-Sumqayıt yolunda hərəkət - MƏHDUDLAŞIB
17 SENTYABR
900

Bakı-Sumqayıt yolunda hərəkət - MƏHDUDLAŞIB

2016-09-17 09:54:00

DİN Baş Dövlət Yol Polisi İdarəsi 17-18 sentyabr 2016-cı il tarixlərində Bakı-Quba avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudlaşdırılması barədə məlumat yayıb.

İdarədən verilən məlumata görə, Bakı-Quba avtomobil yolunun 11-ci km-də yerüstü piyada keçidinin inşası ilə əlaqədar olaraq sentyabrın 17-də saat 12:00-dan həmin yolun 12-ci km-dəki Masazır dairəsindən paytaxt istiqamətinə gedən hissəsi, sentyabrın 18-də saat 7:00-dan isə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti gecə saatlarınadək müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Sürücülər 17 sentyabr 2016-cı il tarixdə Bakı şəhəri istiqamətinə, eləcə də 18 sentyabr 2016-cı il tarixdə hər iki istiqamətdə hərəkət etmək üçün alternativ yol olaraq Bakı-Quba yolunun 10-cu km-dən (Xırdalan–Binəqədi şossesinin başlanğıcı), əks istiqamətdə isə Bakı-Quba yolunun 12-ci (Masazır dairəsi) və ya 16-cı km-dən Xırdalan şəhərinə daxil olmaqla hərəkətlərinə davam edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272