AVTO

Avtomobil hissələri satan yeni şirkət Azərbaycana gəlir
16 SENTYABR
380

Avtomobil hissələri satan yeni şirkət Azərbaycana gəlir

2016-09-16 10:57:00

SAPCO şirkəti yaxın bir il ərzində Bakıda nümayəndəlik açacaq. Bunu Iran bürosuna açıqlamasında SAPCO şirkətinin baş direktoru Hüseyn Nəccari deyib. 

H. Nəccari deyib ki, SAPCO şirkəti İran-Azərbaycan müştərək avtomobilqayırma zavodunu hissələrlə təmin edəcək.  “Avtomobil hissələri çox keyfiyyətli olacaq, biz xarici müştərilərimizi keyfiyyətli hissələrlə təmin etməyi özümüz üçün proritet hesab edirik”.

Onun sözlərinə görə,  SAPCO şirkəti  Azərbaycan və İran müştərək avtomobil istehsalı zavodunun fəaliyyətə başlaması üçün  və hissələrin vaxtında çatdırılması üçün qrafik tərtib edib: “Fikrimcə, bu qrafikə əsasən,  yaxın bir il ərzində  zavod işinə başlayacaq və SAPCO şirkəti öz nümayəndəliyini Azərbaycanda təsis edəcək”.

H.Nəccari SAPCO-nun Azərbaycanla əvvəllər də avtomobil hissələri sahəsində əməkdaşlıq etdiyini bildirib.  

Qeyd edək ki, SAPCO şirkəti  İranın “Xodro” şirkətinin tabeliyində olan ən böyük avtomobil ehtiyat hissələri istehsal edən şirkətdir.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270