AVTO

Fiat Chrysler 1.9 milyon avtomobili geri çağırır
16 SENTYABR
150

Fiat Chrysler 1.9 milyon avtomobili geri çağırır

2016-09-16 09:20:00

İtaliya-ABŞ avtomobil istehsalçısı Fiat Chrysler, dünya üzrə 1.9 milyon avtomobilini qüsurlu proqram ucbatından geri çağırır.

 Fins.az xəbər verir ki, şirkətdən edilən yazılı açıqlamada, qüsurlu kompüter proqramından qaynaqlanan problemin, hava yastıqları və təhlükəsizlik kəmərlərinin qəza anında funksiyalarını itirməsinə səbəb olduğu bildirilib.

Bu ana qədər 3 nəfərin ölümünə və 5 nəfərin yaralanmasına səbəb olduğu təxmin edilən xətanın ABŞ-da 1.4 milyon və digər ölkələrdə yarım milyon ətrafında avtomobildə ola biləcəyi qeyd edilib.

Qüsurlu proqrama malik modellər arasında 2010-2014-cü illərdə istehsal olunmuş Chrysler Sebring, Dodge Caliber, Avenger, Jeep Patriot və Compass modelləri yer alır.

Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272