AVTO

Bakıda 7 litr yanacaq işlədən SUV satışa çıxarılır - QİYMƏTLƏR
15 SENTYABR
26411

Bakıda 7 litr yanacaq işlədən SUV satışa çıxarılır - QİYMƏTLƏR

2016-09-15 11:10:00

İqtisadi durğunluq şəraitində əhalinin avtomobilə münasibətinin dəyişməsi avtomobil şirkətlərinin də seçiminə təsir etməyə başlayıb. Avtomobil ekspertləri bildirirlər ki, yerli alıcı bir il əvvələ qədər iri, gözəl görünüşlü və çox yanacaq işlədən  krossoveri  rahatlıqla alırdısa, artıq gəlirləri azaldığından indi cibinə qənaət etməyə çalışır.

Yəni, daha az yanacaq işlədən və ucuz krossover almaq istəyir. Bazarda kiçik və az yanacaq işlədən avtomobillərə tələbatın artması  avtomobil şirkətlərini də bu modellərə üstünlük verməyə vadar edir. Məsələn, Bakıya gətiriləcək yeni “Hyundai” modeli bu xüsusiyyətləri özündə cəmləşdirib. Söhbət 2017-ci il model yeni  kompakt şəhər krossoveri “Hyundai Creta”dan gedir.

“Hyundai” avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı “Auto Azerbaijan” şirkətindən fins.az-a verilən məlumata görə,  hazırda  “Hyundai Creta” modelinin satışa çıxarılması üçün şirkətlə danışıqlar gedir. Yeni model oktyabr ayında Bakıda satışa çıxarılacaq.

Krossover kiçik mühərrikli olması ilə seçilir. Belə ki, Bakıda 1.6 l və 2.0l mühərrikli iki versiya satışa çıxarılacaq. 4 silindirli 1.6 l  mühərrikli “Creta” 124 at gücündədir. Avtomobil 100 kilometr məsafəyə cəmi 6.7-7.2 litr yanacaq işlədir. 2.0 l mühərrikli 160 at gücündə olan “Creta” 7.3-8.2 litr  benzin sərf edir.

Avtomobilin qiymətlərinə gəlincə, Bakıda 28-32 min manata satılacağı gözlənilir.Tam təhcizatlı avtomobilin qiyməti 35 min manata kimi arta bilər.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270