AVTO

DİQQƏT: Bu maşınlara pul xərcləməyə dəyməz – FOTOLAR
14 SENTYABR
18938

DİQQƏT: Bu maşınlara pul xərcləməyə dəyməz – FOTOLAR

2016-09-14 09:10:00
Elə maşınlar var ki, onları bəlkə də həyatda bir dəfə görmək şansı olur. İçində oturanda isə anlayırsan ki, belə narahat maşının olmasındansa, olmaması daha yaxşıdır.
Fins.az Publika.az-a istinadən sizə dünyanın ən komfortsuz 10 avtomobilini təqdim edir. Bu maşınlara pul xərcləməyə həqiqətən də dəyməz.
 
1. Dodge Dart
İlk baxışdan xoş təəssürat yaradan bu maşına pul xərcləməyə dəyməz. Belə avtomobillər xüsusi diqqət tələb edir. Bundan başqa, burada sizi darıxdırıcı interyer, yöndəmsiz idaretmə və iyrənc ötürücü qutusu gözləyir.
  
2. Mercedes Benz CLA
Bu cür adı var. Di gəl ki, “Mercedes Benz CLA” alan adam iki dəfə düşünməlidir. Bəlkə də 3 dəfə. Sonradan peşman olmamaq üçün. Ümumilikdə pis maşın olmasa da, sürücü və sərnişin üçün ürəyəyatımlı olmaya bilər.
  
3. Chevrolet Trax
Başqa bir gözəl görünüşlü “yalançı”. “Doğulandan” 13 ay sonra istehsalçı onu yenidən “yığmalı” oldu. Ancaq yenə də salonu sürücülərin xoşuna gəlmədi. Eləcə də, əyləc sistemi, idaretmə və səsi də ürəkaçan deyil.
  
4. Chrysler 200
Ədalət naminə deməliyik ki, kənardan bu avtomobil gözəl görünür. Başqalarına baxanda babat maşındır. Məsələ burasındadır ki, yeni model sələflərindən çox geri qalır. İndiyədək də bu maşını sürənlərin şikayətlərini eşitmək mümkündür.
 
 5. Mitsubishi Evolution
Çox mübahisəli avtomobildir. Müxtəlif təəssüratlar oyadır adamda. Bir tərəfdən əla konstruksiyası var. Digər tərəfdən əksər detallar ucuz materialdan hazırlandığı üçün keyfiyyət aşağıdır. Qiymətinə görə pis maşın deyil. Ancaq onun qiymətinə daha yaxşısını almaq olar.
 
 6. Mazda CX-9
Təəssüflə qarşıladığımız Mazda CX-9 da maşın həvəskarlarında ikili hislər oyadır. Qiyməti elə də az deyil. Bunun müqabilində qiymətinə uyğun keyfiyyət və avadanlıqla təchiz olunmayıb. Ondan əvvəlki model daha uğurlu olmuşdu.
 
 7. Toyota Yaris
Avtomobil istehsalçıları arasında amansız rəqabət həmişə olub və bu, kapitalizmin əsas qaydasıdır. Ancaq bəzən bu qayda avtomobil sənayesində fiaskoya uğrayır. Buna bariz nümunə kimi Toyota Yarisi göstərmək olar. İstehsalçı az qala bütün detallarda qənaətcil davrandığı üçün maşın oyuncağa bənzəyir.
  
8. Jeep Compass
Ən məşhur avtomobil istehsalçıları belə bəzən uğursuz modellərlə gündəmə gəlir.
 
 9. Fiat 500L
Nə ən yaxşı maşındır, nə də ən pis. Bu “Cırtdan” yol sınaqlarından tam uğurlu çıxmaylb. Yəni ona xərclənən pula daha keyfiyyətli maşın almaq olar. Hər halda, seçim sürücülərindir.
  
10. Ford Escape
İsinmə, təhlükəsizlik yastıqları və elektrik avadanlıqlarında ciddi problemlər var. Dəfələrlə “yenidənqurma”ya məruz qalsa da, ortaya cidd məhsul çıxmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274