AVTO

Azalan avtomobil idxalı ilə 121 milyon dollar "qənaət"
05 SENTYABR
250

Azalan avtomobil idxalı ilə 121 milyon dollar "qənaət"

2016-09-05 09:37:00

Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı xəbərə görə, bu ilin 6 ayında Azərbaycana rəsmi diler (məhsulu topdan alan, onu pərakəndə və kiçik hissələrlə satan marketinq kanalıdır) və nümayəndələrin vasitəsilə 1982 minik avtomobili gətirilib.

Bu, bir il əvvəlkindən 8886 ədəd azdır. Bu səbəbdən bir çox avtomobil şirkəti artıq çoxdandır ki, anbara işləmir və sifariş üsuluna keçib.

Gün ərzində 11 maşın sata bilirlər

Yanvar-iyun aylarında ölkəyə gətirilən 2222 ədəd minik maşınının 89 faizi yeni, qalanları isə ikinci əl, yəni işlənmiş avtomobillər olub.

Atmosferə atılan tullantıların yuxarı həddini təyin edən Avro-4 standartına keçiddən sonra işlənmiş avtomobillərin idxalı kəskin azalıb.

Hesablamalara görə, əgər gətirilən bütün avtomobillər satılmış olsaydı, o zaman şirkətlərin gündəlik satışları orta hesabla 10,9 ədəd olardı. Halbuki, bir il bundan qabaq satışda vəziyyət elə də pis deyildi: gündəlik 59,7 ədəd.

İdxalçılar 121 milyona «qənaət edib»

Minik avtomobillərinin xaricdən satın alınmasına 40 milyon 635,6 min ABŞ dolları sərf olunub. Bu, 2015-ci ilin aynvar-iyun aylarında avtomobil istehsalçılarına ödənilən vəsaitdən 121 milyon dollar azdır.

DGK rüblük hesabatlarında bütün avtomobillərin deyil, yalnız yenicə konveyerdən çıxarılanların göstəricilərini açıqlayır. Bu hesabata görə, bu ilin birinci rübündə Azərbaycana 1048, ikinci rübündə isə 934 ədəd zavoddan alınma minik maşını gətirilib.

Avtomobilləri haradan daha çox alınır?

Azərbaycana avtomobil ixracında lider Rusiyadır. Birinci yarımildə Rusiya istehsalçıları Azərbaycana 653 avtomobil göndərib. Bir Rusiya avtomobilinin orta qiyməti 5606 dollar təşkil edib.

Yaponiya istehsalı olan avtomobillər (277 ədəd) Azərbaycan gömrüyündə orta hesabla 27,9 min dollara rəsmiləşdirilib.

Almaniya avtomobil markalarının (356 ədəd) orta qiyməti 35 772 , Britaniya avtomobillərininki (86) isə 42 269 dollardır. ABŞ-dan gətirilən 67 minik avtomobili üçün isə 2,2 milyon dollar (1 ədədi üçün 33 min dollar) ödənilib.

Bu il Fransadan 5, keçən il isə 132 minik maşını gətirilmişdi.

Avropa avtomobilləri arasında ən «ucuzu» İspaniyadan gəlir. Bu ilin 6 ayında bu ölkədən idxal olunan avtomobillərin orta qiyməti 25,8 min dollar olub.

Çin və Cənub-Şərqi Asiya ölkələrindən (Tailand və başqaları) avtomobil idxalı da kəskin azalıb. Altı ayda bu regiondan cəmi 60 avtomobil gətirilib.

Koreya maşınları «bahalaşıb»

Koreya avtomobillərinin idxalı azalsa da, qiymət seqmentindəki üstünlüyünə görə, bazarda «çəkisini» qorumağa çalışır. Altı ayda bu ölkədən Azərbaycana 349 minik maşını gətirilib. Bu avtomobillərin orta qiyməti 14 600 dollardır. Keçən ilin 6 ayı ərzində gətirilən Koreya avtomobilləri (2333 ədəd) Azərbaycanda 9326 dollara rəsmiləşdirilirdi. İndi bu ölkədən gələn avtomobillərin gömrükdə rəsmiləşdirmə qiyməti zavod qiyməti ilə təqribən üst-üstə düşür.

Dilerlər çıxış yolu axtarır

Bazarın təhlili göstərir ki, gömrükdə, bəzi digər mallarda olduğu kimi, minik avtomobillərinin qiymətində də leqallaşma var. Devalvasiyadan sonra satışları kəskin azalan avtomobil dilerləri müştəriləri qaçırmamaq üçün aşağı ticarət əlavəsi qoymağa məcbur olublar. Buna görə də manat ifadəsi ilə qiymətlər «əl yandırmır». Bununla belə avtomobil bazarı özünün ən zəif dövrünü yaşayır.

 Azadlig.org

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271