AVTO

Dünyanın ən bahalı 10 avtomobil markası – SİYAHI
31 AVQUST
2019

Dünyanın ən bahalı 10 avtomobil markası – SİYAHI

2016-08-31 12:41:00

Dünyanın ən bahalı 10 avtomobil markası məlum olub. Fins.az-ın məlumatına görə, dünyanın ən bahalı avtomobil markaları arasında Almaniya brendləri üstünlük təşkil etsə də, siyahıda Fransa, Yaponiya və Cənubi Koreya avtomobilləri yer alıb.

 “Renault” -9,01 milyard dollar

Müxtəlif cəlbedici modellerə imza atan Fransız avtomobil istehsalçısı “Renault”, 1899 ildən bəri bu sahədə Avropanın ən böyük markalarından birinə çevrilib. Müxtəlif növ avtomobillər istehsal edən marka Yaponiya avtomobil şirkəti “Nissan” ilə əməkdaşlığı başlayıb. Və şirkətin 43,4 %-lik hissəsini alıb. 2013-cü ildə 2,6 milyon avtomobil  satan “Renault”ın hazırda tam dəyəri 9,01 milyard dollar təşkil edir. 

“Porsche” -11.37 milyard dollar

Yüksək göstəriciləri ilə seçilən əfsanəvi sport, superkar, hiper, SUV və sedan modelləri istehsal edən “Porsche” ən bahalı avtomobil markaları sırasında  9-cu olub. Mərkəzi Ştutqartda yerləşən  Almaniya brendi 1931-ci ildə yaranıb. Marka 1960-cı illərdən məşhurlaşmağa başlayıb. Hazırda şirkətin dəyəri 11,37 milyard dollardır.

“Hyundai” - 18,83 milyard dollar

“Samsung”la yanaşı, Cənubi Koreya iqtisadiyyatına ən böyük təsir edən iki şirkətdən biri “Hyundai”dır. Dünyanın ən böyük 4-cü avtomobil markası olan “Hyundai” 2-cü Dünya müharibəsindən sonra 1947-cü ildə mühəndislik  firması olaraq yaradılıb.20 il sonra avtomobil şirkətinə çevrilib. Hazırda “KİA Motors”un 32,8%-lik hissəsinə sahib olan avtomobil nəhəngi ötən il 4 721 156 avtomobil istehsal edib. Şirkətin dəyəri isə 18,83 milyard dollardır.

    “Ford” - 20,24 milyard dollar

Növbəti pillədə Amerika avtomobil markası “Ford” qərarlaşıb. 1903-cü ildə Henry Ford tərəfindən yaradılan avtomobil şirkəti  Lincoln” markası adı altında avtomobil istehsal edib. Bundan əlavə  Braziliya SUV avtomobil istehsalçısı “Troller” ve Avstraliyanın “FPV” markalarının sahibi olan “Ford”, “Mazda”nın %2.1-lik, “Aston Martin”in isə %8’lik hissəsinə sahibdir. Şirkətin ümumilikdə dəyəri 20,24 milyard dollardır.

“Honda” - 22.15 milyard dollar  

Ən bahalı avtomobil brendləri sırasında Yaponiya avtomobil nəhəngi “Honda” 22.15 milyard dollarlıq dəyəri ilə beşinci sırasıda qərarlaşıb.  “The Power of Dreams”, yəni “Xəyalların Gücü” sloqanı ilə cəlbedici avtomobillər, motosikletlər və digər nəqliyyat vasitələri istehsal edən “Honda” 1948-ci ildən dünyanın ən dəyərli avtomobil markalarından birinə çevrilib. 1959-cü ildən isə  dünyanın ən böyük motosiklet istehsalçılarından biri olub. 

“Mercedes-Benz”- 24.17 milyard dollar 

Dünyanın ən bahalı 4-cü avtomobil markası “Mercedes-Benz”dir. Məşhurluğu ilə seçilən brendin dəyəri nə az nə çox 24,14 milyard dollardır. 1926-ci ildən  Almaniyanın Ştutqart şəhərində Daimler-Benz adıyla avtomobillər, avtobuslar və yük maşınları istehsal edən “Mercedes”, dünyanın ən böük 13-cü avtomobil istehsalçısıdır.Şirkət “Ən yaxşısı ya da heç biri” və ya “Bundan yaxşısını ancaq Allah yaradar” kimi iddialı sloqanlarla bir-birindən cəlbedici avtomobillər istehsal etməkdə davam edir.

“Volkswagen”- 27.06 milyard dollar 

Daha bir Almaniya avtomobil istehsalçısı “Volkswagen” ildə 8 milyon avtomobil istehsalı ilə zənginliyinə görə 3-cü olmağı bacarıb.  1937-ci ildə Volsburqda qurulan, “Jetta”, “Golf”, “Passat” və “Bora” kimi modelləri ilə məşhurlaşan şirkətin dəyəri 27,06 milyard dollardır.

 “BMW” - 28.96 milyar dollar 

Almaniya avtomobil şirkətlərinin ən bahalısı “BMW”dir. “i8 Spyder Concept” kimi günümüzün texnoloji yeniliklərindən ibarət modellərə imza atan şirkət 100 illik tarixi ilə qürurlana bilər. Avtomobil, motosiklet və digər nəqliyyat vasitələri istehsal edən şirkətin mərkəzi Münhendə yerləşir. 2012-ci ildə 117 min motosiklet, 1 milyondan artıq avtomobil istehsal edən “BMW” 28,96 milyard dollarlıq dəyəri ilə dünyanın ən baha ikinci avtomobil markasıdır.

 Dünyanın ən bahalı avtomobil markası - 34.9 milyard dollar  

2015-ci ildə ən çox avtomobil satan “Toyota” dünyanın ən bahalı avtomobil markasıdır.   1937-ci ildə yaradılan Yaponiya avtomobil istehsalçısı 2012-ci ildə dünyanın ən böyük 12-ci avtomobil markası olub. İldə bazara 10 milyondan çox avtomobil çıxaran brend böyük uğurlara imza ataraq 34.9 milyard dollarlıq dəyəri ilə dünya birincisi olmağı bacarıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272