AVTO

Anbarda qalan avtomobillər ucuzlaşır – 10 MİN FƏRQ
26 AVQUST
3611

Anbarda qalan avtomobillər ucuzlaşır – 10 MİN FƏRQ

2016-08-26 16:37:00

Azərbaycanda avtomobil satışı ilə bağlı böhran rəsmi dilerləri qiymətləri aşağı salmağa məcbur edir. Belə ki,  şirkətlər yeni modellər gətirmək istəsələr də, amma stokda qalan avtomobilləri sata bilmirlər. Fins.az-ın məlumatına görə,  Çin brendi olan "Great Wall" avtomobilləri də ucuzlaşıb. “Great Wall Azerbaijan” şirkətindən fins.az-a verilən məlumata görə, 2014 və 2015-ci ilə aid modellərin qiyməti 30%-ə kimi endirilib. Məqsəd anbarda qalan avtomobillərin satışını canlandırmaqdır.

1000 manatdan 10 min manata kimi qiymət fərqi

Məsələn, 2014-cü ildə istehsal edilən 1.5l mühərrikli kiçik crossover "Great Wall M2" 17 550 manatdan 16 min manata ucuzlaşıb. "Great Wall M4"ün qiyməti isə 1000 manat aşağı salıb. Əvvəl 15 500 manata satılan avtomobilin yeni qiyməti 14 500 manatdır.

"Great Wall H3" avtomobillərin qiyməti  8150 manat aşağı düşüb. Əvvəl 29150 manata satılan krossoveri indi 21 min manata da almaq olar. “H5”lər 3650 manat endirimlə müştərilərə təklif edilir. Avtomobilin qiyməti 34650 manatdan 31 min manata kimi  aşağı salınıb.

Ən böyük qiymət fərqi isə  “Great Wall H6” modelində müşahidə edilir. Bu modellər 10 840 manat ucuzlaşıb. 36 140 manatıq avtomobil indi 25300 manata təklif edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272