AVTO

Minik maşınları daha çox qəza törədir – STATİSTİKA
26 AVQUST
277

Minik maşınları daha çox qəza törədir – STATİSTİKA

2016-08-26 09:32:00

2016-cı ilin yanvar-iyun aylarında nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 23 hadisə baş verib. Dövlət Statistika Komitəsindən fins.az-a verilən xəbərə görə, nəticədə 37 nəfər zərər çəkib. Bu hadisələrin 87 faizini minik avtomobillərinin sürücüləri törədib.

2016-cı ilin yanvar-iyun aylarında yol-hərəkəti qaydaları əleyhinə 1 387,8 min və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz çox inzibati xəta aşkarlanıb.

Xətaların 51,8 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 5 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,4 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,3 faizi yol ayrıcını keçmə, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272