AVTO

Sürücülər nə qədər cərimə olundu? – STATİSTİKA
26 AVQUST
297

Sürücülər nə qədər cərimə olundu? – STATİSTİKA

2016-08-26 09:19:00

2016-cı ilin yanvar-iyun aylarında avtomobil yollarında qaydaların pozulmasına görə sürücülər 40,2 milyon manat məbləğində cərimə olunub. Dövlət Statistika Komitəsindən fins.az-a verilən xəbər görə, ölkə üzrə yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayının azalması müşahidə olunub.

Belə ki, 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı 13,4 faiz, zərərçəkənlərin sayı isə 16,4 faiz azalıb. Zərərçəkənlərin 970 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb, 304 nəfəri isə həlak olub.

Yol-nəqliyyat hadisələrinin çox hissəsi (786) yaşayış məntəqələrində baş verib. Nəticədə 1 095 nəfər zərər çəkib . Onlardan 192 nəfər həlak olub, 903 nəfər isə yaralanıb. 2015-ci ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı 28,1 faiz, yaralananların sayı isə 13,6 faiz azalıb.

Bütün yol-nəqliyyat hadisələrinin 42,9 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 20,4 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə, 36,7 faizi bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş və 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı müvafiq olaraq 4,9 faiz, 26,0 faiz və 14,2 faiz azalmışdır

Yol-nəqliyyat hadisələrinin 43,6 faizi gündüz, 37,4 faizi gecə, 19,0 faizi isə toran vaxtı baş vermişdir. Hadisələrin 29,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 23 hadisə baş vermiş, nəticədə 37 nəfər zərər çəkmişdir.

Belə hadisələrin 87,0 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir. 2016-cı ilin yanvar-iyun aylarında yol-hərəkəti qaydaları əleyhinə 1387,8 min və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz çox inzibati xəta aşkarlanmışdır. Xətaların 51,8 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 5,0 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,4 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,3 faizi yol ayrıcını keçmə, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275