AVTO

“Mercedes”lər Rusiyada buraxılacaq
25 AVQUST
528

“Mercedes”lər Rusiyada buraxılacaq

2016-08-25 09:49:00

Mercedes Rusiyada avtomobil istehsalına başlamaq üçüm Rusiya hökuməti ilə danışıqlar apardığını təsdiqləyib.

Almaniyanın “Daimler” konserni Rusiyada avtomobillərin istehsal edilməsi üzrə RF hökuməti ilə danışıqlar mərhələsindədir. Bu haqqda “Mersedes-Benz RUS” Səhimdar Cəmiyyətinin baş direktoru Yan Madeya məlumat verib.

Onun sözlərinə görə hal-hazırda Rusiyanın hökumət rəsmiləri ilə danışıqlar bəzi çərçivə şərtləri istiqamətində aparılır. Fins.az TACC-sa istinadən xəbər verir ki, baş direktoru rəsmi elan edilməyə qədər gələcək istehsalın detallarını açıqlmaqdan imtina etdi.

Bir qədər əvvəl yayılmış məlumatə əsasən RF-nın Sənaye və Ticarət Nazirliyi ilkin olaraq “Daimler” şirkətinin Moskva vilayətində “Mercedes-Benz” avtomobillərinin istehsalı üzrə müqavilə layihəsini təsdiqləyib.

Almaniya avtokonserni digər əraziləri, o cümlədən Sankt-Peterburq və Nijniy-Novqorod şəhərlərini nəzərdən keçirirdi, lakin yekun qərar qəbul edilməmişdir. İstehsalın başlaması təqdirində Rusiya zavodları S, E, ML, GL və A seriyaları üzrə avtomobil buraxacaqlar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270