AVTO

Bakıda avtomobillər bahalaşmağa başladı -QİYMƏTLƏR
24 AVQUST
3934

Bakıda avtomobillər bahalaşmağa başladı -QİYMƏTLƏR

2016-08-24 15:06:00

Bakıda həm yeni, həm də ikinci əl avtomobil bazarında qiymətlər artmağa başlayıb.Avtomobil satıcıları fins.az-a bildiriblər ki,yay mövsümü ilə əlaqədar istirahətə gedənlərin artması və mövcud iqtisadi durğunluq avtomobilə marağı kəskin azaldıb.Buna baxmayaraq, dolların  may ayından etibarən bahalaşmaqda davam etməsi və ölkəyə xaricdən ikinci əl avtomobil gətirilməməsi yerli bazarda qiymətlərin artmasına təsir göstərib.

Təzə avtomobillər dollara görə 10-12 % bahalaşıb

Badamdar avtomobil bazarından satıcı Aley Şamilov fins.az-a bildirib ki, yeni avtomobillərin bahalaşması əsasən dolların məzənnəsindəki dəyişikliklə bağlıdır.Onun sözlərinə görə, may ayında etibarən avtomobil bazarında satılan yeni modellərin qiyməti dollarla dəyişməsə də manatla 10-12% bahalaşıb.

Bəzi maşınların qiyməti 16 min manat artıb

Bəzi modellərdə qiymət fərqi hətta 16 min manata kimi yüksəlib.Məsələn, əvvəl 27 min manata təklif edilən  “Hyundai Santa Fe” hazırda 27 min dollara satılır.32 min dollarlıq 2016-cı il model “Toyota Rav4”ün satış qiyməti təhcizatdan aslı olaraq 34-37 min dollar arasında dəyişir.  “Nissan X Trail” isə 23-25 min dollardan 27 -30 min dollara kimi bahalaşıb.

Köhnə maşınları  alan olmasa da, bahalaşma var

Satıcının sözlərinə görə, alıcı tapılmadığından hətta avtomobillər bazardan çıxarılıb dayanacaqlarda saxlanılır. Bununla belə ikinci əl avtomobillərin qiymətləri də bahalaşır.Hazırda Bakıda avtomobillərin təkrar satış qiymətlərində 300-1500 manat civarında enmə müşahidə edilir. Ucuzlaşma daha çox Rusiya və Almaniya istehsalı olan avtomobillərdə müşahidə edilir.1998-2000-ci illərin istehsalı olan 1.8 -2.0 l mühərrikli “Mercedes”lər 500-800 manat ucuzlaşıb. Məsələn, əvvəl 6500-7000 manata satılan 1998-ci ilin 2.0 l mühərrikli “Mercedes”i 7300-7800 manata kimi bahalaşıb.

“Mercedes” və “Hyundai”larda 2-3 min manat fərq

İstehsal tarixi 2006-2009-cu illər olan “Mercedes E Class” modellərində isə qiymət fərqi daha çoxdur.Bu avtomobillər 2-3 min manat bahalaşıb.Məsələn, bu avtomobilin 2006-cı ilin 2.2 l. dizel mühərrikli versiyası əvvəl 13-14 min manata satılırdısa, indi qiyməti 16 min manata kimi artıb. 18-19 min manatlıq 2007-ci il model 3.5 l mühərrikli “Mercedes E Class” avtomobilini isə hazırda 22 min manata almaq olar. Eyni  qiymət fərqi 2008-2009-cu il model “Hyundai” avtomobillərinə də aid etmək olar. Məsələn, “Hyundai Santa Fe” 13-14 min manatdan 15-16 min manata kimi bahalaşıb.

“Lada” və “Opel”lər 500-700 manat bahalaşıb

“Mercedes”lərlə yanaşı,  “Lada” və “Opel”lərin də qiyməti artıb.Belə ki, əvvəl 4300 manata satılan 2011-2012-ci illərə aid “Lada 21012” və “Lada 21015” avtomobilləri 4800-5200 manata kimi bahalaşıb.  “Vaz 2107”in qiyməti 500-700 manat artıb. Məsələn, əvvəl 3300 manata olan maşın 3800-4000 manata təklif edilir.“Opel Astra” modellərinin qiymətində 500-700 manat artım müşahidə olunur. 2001-2002-ci il model bu “Opel” modelləri 3300-3500 manatdan 4000-4300 manata kimi bahalaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275