AVTO

Bakıda “Volkswagen”lər ucuzlaşdı – QİYMƏTLƏR
23 AVQUST
1658

Bakıda “Volkswagen”lər ucuzlaşdı – QİYMƏTLƏR

2016-08-23 15:34:00

Avtomobil şirkətləri sata bilmədiklərini  modellərlə bağlı müştəri yığmaq üçün endirimə  başlayıblar. Fins.az-ın məlumatına görə, Bakıda “KİA”larla yanaşı, bəzi “Volkswagen” modelləri də ucuzlaşıb. Volkswagen Bakı Mərkəzindən fins.az-a verilən məlumata görə, avqust ayının 22-dən etibarən 2015-ci ilin istehsalı olan modellərə  15% endirim  təklif  edilir.

 “Jetta”larda 5300 manat endirim

 “Volkswagen” modelləri sırasında  2.0 mühərrikli “Jetta”lar  5300 manat ucuzlaşıb. Əvvəl 35200 manata satılan avtomobili salon indi 29900 manata təklif edir. “Jetta Lux”un qiyməti 43 min manatdan 35700 manata kimi endirilib.

“Tiguan” 10100 manata kimi ucuzlaşıb

“Tiguan” modelləri isə əvvəlki qiymətindən 8900 - 10 100 manat aşağı qiymətə satışa çıxarılıb.Əvvəl 58 800 manata satılan 3.6l mühərrikli “Tiguan”ın hazırkı qiyməti 49 900 manatdır. “Tiguan Sport Lux” modeli isə 68 min manatdan 57 900 manata kimi ucuzlaşıb.

Ən böyük endirim – 11800 manat

Ən böyük ucuzlaşma isə  2015-ci ilin “Touareg” modelində edilib.Bu modelə  11800 manat endirim edilib. 117 300 manatlıq maşını indi 105 500 manata almaq olar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272