AVTO

İdxal olunan avtomobillərin sayı 7 dəfəyə yaxın azalıb
16 AVQUST
385

İdxal olunan avtomobillərin sayı 7 dəfəyə yaxın azalıb

2016-08-16 17:38:00

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 2 879 ədəd avtomobil idxal olunub. 

Fins.az Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 16 597 ədəd avtomobil və ya 6,76 dəfə azalıb. 

Ölkəyə gətirilən avtomobillərin 44 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 2 475 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 300 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 60 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270