Mercedes-Benz şirkəti Maybach kupe seriyasının istehsalına 2017-ci ildə başlayacaq. Bu haqda Fins.az Auto Express-ə istinadən xəbər verir.
Altı metrlik modelin prototipi avqust ayının ortalarında Kaliforniyanın Pebbl-Biçində avtosərgisində təqdim ediləcək.
Gözlənilir ki, bu avtomobil Mercedes-Benz S-Class Coupe-dan daha böyük və dəbdəbəli olacaq. Və Maybach kupenin rəqibləri Rolls-Royce Wraith-a bənzəyən modellər olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır