AVTO

Bakıda “KİA” avtomobilləri ucuzlaşdı – QİYMƏTLƏR
15 AVQUST
6640

Bakıda “KİA” avtomobilləri ucuzlaşdı – QİYMƏTLƏR

2016-08-15 14:45:00

İqtisadi durğunluğun yaratdığı çətinlik avtomobil şirkətlərini satışları artırmaq üçün müxtəlif üsullardan istifadə etməyə vadar edir. Fins.az-ın məlumatına görə, Azərbaycanda yeni avtomobil satışı xeyli azalıb. Rəsmi dillerlərin stoklarında hətta 2014 və 2015-ci illərə aid, satılmayan  avtomobillər də var. 2016-cı ilə aid avtomobillərin ölkəyə gətirilməsi baha başa gəldiyindən bəzi şirkətlər yeni modellərin sifarişini dayandırıb. Hazırda şirkətlər sata bilmədiklərini  modellərlə bağlı müştəri yığmaq üçün endirimlər edirlər. İyul ayından etibarən Bakıda “KİA” avtomobillərinə endirim tətbiq edilir. KİA avtmobillərinin Azərbaycanda rəsmi idxalçısı “KİA Azərbaycan”dan fins.az-a verilən məlumata görə,  2015-ci il modellərilə bağlı endirim kampaniyasına başlanılıb. Ötən ilin istehsalı olan “KİA”ları nağd alanlara 15 %-ə kimi endirim edilir. Modellərdən asılı olaraq endirimin məbləği 3-6 min manatdır.

“Rio”ların nağd satışı  - 19 465 manat

 Məsələn, 2015-ci il modeli “Rio”lar 3435 manat ucuzlaşaraq nağd şəkildə 19 465 manata satılır. Əvvəl  26 900 manata satılan 1.6l benzin mühərrikli  “Cerato” 4035 manat endirimlə 22 865 manata təklif edilir. 1.6 l mühərrikli “Soul” modelləri isə 4935 manat, tam təhcizatlı 2.0l mühərrikli model isə 5700 manat aşağı qiymətlə təklif edilir.

2,4 l mühərrikli Luxe “Optima” modeli 6 135 manat ucuzlaşaraq  34 765 manata satılır. Avtomobilin əvvəlki qiyməti 40 900 manat olub. “Carens” modellərini indi nağd sifariş etmək isə 4935 -5835 manat ucuz başa gəlir.

“Cadenza”larda 10 % ucuzlaşma

“KİA Azərbaycan”dan verilən məlumata görə, yalnız “Cadenza” avtomobillərinə 10 % endirim edilir. Məsələn, 3.5 l mühərrikli “Cadenza” avtomobilini 5490- 5590 manat endirimlə 49 410 - 50 310 manata almaq olar.

Ən böyük endirim: 6735 manat

Ən çox endirim  “Sportage” və “Sorento” modellərinin tam təhcizatlı versiyalarında tətbiq edilib. Belə ki, 2015-ci ilin “Sportage” və “Sorento” modellərini nağd alanlara təhcizatdan asılı olaraq 5385 manatdan 6735 manata kimi endirim olunur.

 Nağd ala bilməyənlərə faizsiz kredit

Avtomobilləri nağd ala bilməyənlər isə 30 % ilkin ödənişlə avtomobilləri faizsiz kreditlə əldə edə bilərlər. Məsələn,  “KİA Rio” avtomobilinin hazırkı bazar qiyməti  22 min 900 manatdır. Müştəri bu modeli əldə etmək üçün əvvəlcə 8519 manat ilkin ödəniş etməlidir. Qalan hissəni isə ayda 445 manat olmaqla 36 aya ödəyə bilər. Qeyd edək ki, bu qiymətə  avtomobilinin 3 illik kasko sığortası daxildir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275