AVTO

“Volkswagen”lər niyə bahadır? – MÜQAYİSƏ, QİYMƏTLƏR
11 AVQUST
3434

“Volkswagen”lər niyə bahadır? – MÜQAYİSƏ, QİYMƏTLƏR

2016-08-11 13:58:00

Azərbaycanda yeni avtomobillər qonşu ölkələrlə müqayisədə xeyli baha satılır. Fins.az-ın məlumatına görə, bahalı avtomobil markaları ilə yanaşı,  qiymət fərqini nisbətən ucuz markalardada müşahidə etmək olar.Fins.az bu dəfə “Volkswagen” avtomobillərinin qiymətləri ilə bağlı Rusiya və Azərbaycan bazarının müqayisəsini aparıb.“Audi”,“Mercedes”,“BMW” və “Toyota”lardan fərqli olaraq  bu modellərdə qiymət fərqi aşağıdır. Belə ki, Azərbaycanda satılan yeni “Volkswagen”lar Rusiyadan 10 min dollara kimi  bahadır.

Rusiyadan gətirilən “Polo”larda 1 524 dollar fərq

“Volkswagen”lər ən aşağı fərq "Golf" modellərindədir. Rusiya bazarı ilə qiymətlərin müqayisəsi göstərir ki, bu modellər 869 dollar baha, yəni, 27 min dollara satılır. Yalnız Rusiyada yığılan və Azərbaycana da bu ölkədən gətirilən “Polo Sedan” modellərində də qiymət fərqi müşahidə edilir. Bu avtomobilin 2 versiyası  Azərbaycanda 1 224 və 1 524 dollar bahadır. Məsələn, 1.6 l mühərrikli “Polo Sedan Trendline”ın Bakı qiyməti 12 500 dollardır.Halbuki, eyni model Rusiyada 10 976 dollara satılır. “Polo Sedan”nın  “Comfortline” versiyası  Rusiyada 12276 dollara, Azərbaycanda isə 13 500 dollara təklif edilir.

“Jetta”larda  1 670 dollara kimi qiymət fərqi

“Volkswagen”in  qiymət fərqi olan modelləri sırasında “Jetta”lar da var. Bu avtomobillər versiyadan aslı olaraq 1670 dollara kimi bahadır.Məsələn, 2.0 l  mühərrikli orta təhcizatlı “Jetta”lar  Bakıda 18 600 dollara, Moskvada 18 161 dollar satılır. Bakıdakı  21 000 dollarlıq “Jetta Lux”u isə Rusiyadan 19 330 dollara əldə etmək olar.   

“Tiguan”lar  2 833 dollar bahadır

Qiymət fərqinə görə, sıralamada növbəti yeri “Tiguan” modelləri tutur. 2.0l mühərrikli avtomobilin Bakıda dollarla  qiyməti 33 600-dir.Eyni avtomobili Rusiyadan sifariş etmək 30 767 dollara başa gəlir.

 “Passat CC”lər 6 123 dollar bahadır

 “Passat CC” həvəskarları bu modelin Bakı qiymətinə bu avtomobillə yanaşı, 6 123 dollarlıq qiymət fərqinə başqa bir avtomobil də sifariş edə bilərlər.

Ən baha “Volkswagen” – 10 min dollar fərq

Azərbaycanda qiymət fərqinə görə ən baha “Volkswagen” 3.6l mühərrikli  “Touareg”dir. Bakıda bu maşını almaq 10 min dollar baha başa gəlir. Belə ki, 69 min dollarlıq krossoveri Moskvada rəsmi dillerdə satış qiyməti 58 307 dollar təşkil edir.

Volkswagen Bakı Mərkəzindən qiymətlə bağlı açıqlama

Məsələ ilə bağlı “Volkswagen Bakı Mərkəzində” xəbərdardırlar.Şirkətdən fins.az-a verilən məlumata görə, qiymət fərqi bir neçə səbəbdən yaranır. Belə ki, Rusiyada “Volkswagen” zavodu fəaliyyət göstərir. Daxili bazar üçün “Volkswagen” modelləri, o cümlədən “Polo Seda”, “Jetta” və “Tiguan” modelləri istehsal edilir. Nəticədə əlavə xərclərin olmaması avtomobillərin aşağı qiymətlə satışa çıxarılmasına şərait yaradır. Digər tərəfdən  yerli zavodlara istehsalla bağlı müəyyən güzəştlər verilir, bəzi vergilərdən azad olunurlar.

Azərbaycan bazarına gəldikdə isə bura “Volkswagen” modelləri birbaşa Almaniyadan gətirilir.Yanız “Polo Sedan” modeli Rusiyadan gətirilir. Şirkətdən bildirilib ki, daşınma və gömrük xərcləri  qiymətlərə xeyli təsir göstərir və mövcud fərqi yaradır.Bundan əlavə avtomobillərdə əlavə təhcizatlar quraşdırılır. Və bu təhcizatların da ayrıca qiymətləri var: "Rusiya satışa çıxarılan eyni modeldə ola bilər ki, təhcizat daha aşağı olsun. Bu da qiymətlərə təsir edən daha bir amildir". 

Volkswagen

Mühərrik

Azərbaycanda (dollar)

Rusiyada

  Qiymət fərqi dollar

rubl

dollar

 Polo Sedan Trendline

 1.6 l

12 500

713 500

 10 976 

1524

Polo Sedan Comfortline

 1.6l

 13 500

 798 000

12 276

  1 224

Jetta MİD

2.0l

 18 600

 1 180 500

18 161

439 

Jetta Lux

2.0l

21 000

1 256 500

19 330

1 670

Passat CC

1.8 l

32 000

1 682 000

25 876

6 123

Golf

1.6l

27 000

1 698560

26131

869

Tiguan

2.0l

33 600

1 999900

30767

2833

Touareg

3.6l

69 000

2 600 000 

58 307

10 000

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275