AVTO

Bakıda elektrikli velosipedlərin icarəsinə başlandı – QİYMƏTLƏR
09 AVQUST
3272

Bakıda elektrikli velosipedlərin icarəsinə başlandı – QİYMƏTLƏR

2016-08-09 15:33:00

Bakıda elektrikli velosipedlərin kirayəsinə başlanılıb. Yeni xidməti elektrikli avtomobillərin və digər nəqliyyat vasitələrinin satışını həyata keçirən “GreenCar Azerbaijan” şirkəti həyata keçirir. Şirkətdən fins.az-a verilən məlumatına görə, elektrik velosipedlərini bulvar ərazisindəki “Velopark”dan icarəyə götürmək olar. Xidmət saat 14.00-dan 23.00-dək göstərilir. Elektrik velosipedi 30 dəqiqəlik kirayələmək 4 manata, bir saatlıq sifariş isə 6 manata başa gəlir.   

İcarəyə verilən elektrik velosipedinə gəlincə, ingilis dizayner Mark Sanders tərəfindən hazırlanmış unikal qatlama elektrik şəhər velosipedi – “Mando Footloose”dur. Elektrikli velosipedin maksimal sürəti  saatda 25 kilometrdir. Elektrik mühərriki işə salmaqla bir dəfəyə 30 kilometr məsafə qət etmək olur. Pedalı hərəkət etdirməklə bu məsafəni 45 kilometrə çatdırmaq da mümkündür. Çəkisi isə 21,7 kiloqramdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270