AVTO

Azərbaycan-İran avtomobil zavoduna $15 mln. investisiyanın yatırılacaq
08 AVQUST
331

Azərbaycan-İran avtomobil zavoduna $15 mln. investisiyanın yatırılacaq

2016-08-08 11:37:00

Azərbaycanda avtomobil istehsalı üzrə Azərbaycan-İran zavodunun tikintisinə ilkin olaraq $15 mln. həcmində investisiyanın yatırılması nəzərdə tutulur. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.

“Azərbaycanın “Azevrocar” və İranın “İran Khodro” şirkətləri birgə avtomobil istehsalı zavodunun tikintisi barədə razılığa gəliblər. Zavoda ilkin olaraq $15 mln. həcmində investisiya yatırılacaq. Zavodun təməli avqustun 6-da qoyulub”, - deyə məlumatda qeyd olunur.

İqtisadiyyat naziri Şahin Mustafayev təməlqoyma mərasimində bildirib ki, zavodun 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Vəsaitin 25%-nin İran şirkəti tərəfindən yatırılması barədə razılıq əldə edilib. İnvestisiyanın 75%-i isə özəl Azərbaycan şirkəti tərəfindən yatırılacaq.

İstehsal gücü ildə 10 000 ədəd avtomobil olacaq zavodda 300 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Nazir əlavə edib ki, Azərbaycanda 450 İran sərmayəli şirkət fəaliyyət göstərir. İran tərəfindən 150 mln. ABŞ dolları qeyri-neft sektoru olmaqla, Azərbaycan iqtisadiyyatına 2,5 mlrd. dollar investisiya yatırılıb.

Avtomobil istehsalı zavodunun tikintisi çərçivəsində "Azevrocar" və "İran Khadro" şirkətləri arasında 6 müqavilə imzalanıb. Müqavilələr distribyutor, lisenziya, avadanlıqların satışı, quraşdırılması və istismara verilməsi, yarımfabrikatların təchizatı, mühəndislik xidmətləri, tədris, mühəndis və texniki dəstək sahələrini əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274