AVTO

Bakıda rəsmi servislər ucuzlaşdı – QİYMƏTLƏR
05 AVQUST
1412

Bakıda rəsmi servislər ucuzlaşdı – QİYMƏTLƏR

2016-08-05 12:27:00

Azərbaycanda rəsmi avtomobil servisləri qiymətləri ucuzlaşdırmağa başlayıb.Fins.az-ın məlumatına görə, Azərbaycanda yeni iqtisadi şərait avtomobil bazarına təsir göstərməyə  başlayıb. Avtomobil ekspertlərinin sözlərinə görə, rəsmi dilerlər  satışların azalmasını müəyyən qədər servis vasitəsilə kompensasiya etməyə çalışırlar. Müştərilərin daha çox cəlb edilməsi  üçün  işçi haqqında və bəzi xidmətlərdə endirim təklif edirlər.   

Servisdə adi müştərilərə 15 %, korporativ müştərilərə 35-40 % endirim

Avtomobil eksperti Fərid Məlikov fins.az-a bildiribki, ehtiyat hissələrinin qiymətlərində nisbətən artım müşahidə edilsə də,rəsmi servislər xidmət haqqlarını xeyli aşağı salıblar. Hətta, qiymətlər  o qədər aşağı düşüb ki, indi eyni avtomobili rəsmi servisdə təmir etdirmək həm kefiyyət, həm də qiymət baxımından daha sərfəlidir. Onun sözlərinə görə, rəsmi servislər qiymətləri adi müştərilər üçün 15%-ə kimi, korporativ müştərilər üçün 35-40 % aşağı salıblar. Servis qiymətlərində ən çox  ucuzlaşma çilingər, dəmirçi və rəngsaz xidmətlərində hiss edilir. 

Bir qapının  rənglənməsiartıq 200 manat deyil, 110 manatdır 

Məsələn, avtomobilin bir qapısının rəsmi servisdə rənglənməsi may ayında 200 manata başa gəlirdisə, indi eyni qapını 110 manata rəngləyirlər. Əvvəl 80-90 manata görülən dəmirçi işinə görə indi 40 manat usta pulu alınır. Ekspertin sözlərinə görə, rəsmi servislər qiymətləri endirməklə daha çox müştəri  cəlb etməyə çalışırlar. Məsələn, əvvəl 10 müştəriyə baha xidmət göstərilirdisə, eyni xidmət haqqını indi 100 müştəridən aşağı qiymətlə qazanmağa çalışırlar.  

Performance Center: “50 manatlıq yoxlamaları 35 manata edirik”

Rəsmi dilerlərdə bəzi xidmətlərə endirim təklif etdiklərini, bəzi xidmətlərin isə yay kampaniyası çərçivəsində hətta pulsuz həyata keçirildiyin ibildirirlər. “Performance Center” şirkətindən fins.az-a verilən məlumata görə,  hazırda  servislə bağlı endirim kampaniyaları həyata keçirilir. Belə ki,  şirkətin servisinə müraciət edən müştərilər üçün kompyuter diaqnostikası pulsuz həyata keçirilir. Adi qaydada bu diaqnostika  “Chevrolet” sahibləri üçün 10 manat, digər avtomobil sürücüləri üçün 20 manata başa gəlir. Bundan əlavə avtomobilin müxətlif hissələrinin yoxlanılması  ayrı-ayrılıqda əvvəlcə 50 manatdan baha edilirdi. Hazırda isə mühərrikin,sürət qutusunun yoxlanılması, dəmirçi-malyar, çilingər yoxlaması  birlikdə 35 manata edilir. 

Toyota Bakı Mərkəzi”: “Servisi 5-15 % ucuzlaşdırmışıq 

“Toyota Bakı Mərkəzi” isə  servislə bağlı yeni kampaniyaya başlayıb.  Şirkətdən fins.az-a verilən məlumata görə, avqustun 1-dən sonunadək şassi və elektron diaqnostika pulsuz həyata keçirilir. Bu tarixdə avtomobil təmiri zamanı məbləğdən asılı olaraq, 5-15%- dək endirim tətbiq olunur. Bu endirim rəsmi dilerlə yanaşı, qeyri-rəsmi dilerdən və ya xaricdən gətirilmiş Toyotalara aid edilir. Məsələn, əvvəl freonun dəyişdirilməsi 80 manata başa gəlirdisə indi servisdə bu xidmət 50 manatdır. Kondisioner filteri 37 manatdan 29 manata kimi, kompyuter diaqnostikası isə 30 manatdan 20 manat kimi ucuzlaşdırılıb. Kondisionerin diaqnostikası ,yağ dəyişmə zamanı asqının baxışı pulsuz həyata keçirilir.Bundan əlavə, Toyota Bakı Mərkəzində 200 manat məbləğində ehtiyat hissələri alan və servis xidmətindən istifadə edənlərə birdəfəlik  tam avtoyuma pulsuz kuponu verilir. 

“Nurgun Motors” ehtiyat hissələri və servisi 15 % ucuzlaşdırıb

“Nurgun Motors” isə həm ehtiyat hissələrinin və də servisin qiymətini endirib. Avtomobil şirkətindən fins.az-a verilən məlumata görə, zəmanət müddəti bitən avtomobillərin ehtiyat hissələri 15 % ucuzlaşdırılıb. Bu avtomobillərə görə diaqnostika pulsuz həyata keçirilir. Bundan əlavə usta  haqqlarında da 15 % endirim təklif edilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272