AVTO

Köhnə ehtiyat hissələri bahalaşır - DOLLAR “DALĞASI”
03 AVQUST
439

Köhnə ehtiyat hissələri bahalaşır - DOLLAR “DALĞASI”

2016-08-03 17:00:00

May ayından etibarən  dolların  nisbətən bahalaşması  ehtiyat hissələrinin qiymətlərinə təsir etməyə başlayıb. Belə ki, may ayında dollar 1,49 dollara kimi ucuzlaşsa da, hazırda 1,59 manata kimi bahalaşıb. Avtomobil eksperlətinin sözlərinə görə, dolların nisbi bahalaşması yeni ehtiyat hissələri bazarında qiymətlərdə dəyişiklik yaratmasa da, köhnə ehtiyat hissələrinin qiymətlərində 10 %-dən çox  artım müşahidə edilir.

Köhnə ehtiyat hissələrini ya dollarla satırlar, ya da bahalaşdırırlar

Avtomobil eksperti Fərid Məlikov fins.az-a bildirib ki, Azərbaycanda əsas tələbat 2-ci əl ehtiyat hissələri ilə bağlıdır. Bəzi hallarda  istismar müddəti bitdiyindən bəzi ehtiyat hissələri tapılmır. Ona görə də qiymət artımı ilk olaraq  bu ehtiyat hissələrində hiss edilməyə başlayır. Tələbat olduğundan alverçilər də kiçik məzənnə dəyişikliyi zamanı  ehtiyat hissələrini bahalaşdırırlar. Bəzi hallarda isə  ehtiyat hissələrini bahalaşdırmasalar da, onu  manatla deyil, dollar məzənnəsi ilə satırlar.

“Mercedes S Class”ın kapotunu 1200 dollara təklif edirlər

Məsələn “Mercedes S Class” avtomobilinin ön kapotu 1700-1800 manata satılır. Amma alverçi onu 1200 dollara təklif edir. Qiymət demək olar ki, eyni olsa da, alverçi onu  bahalaşmadan ehtiyat edərək dollarla təklif edir. Avtomobil ekspertinin sözlərinə görə, qiymət artımı əsasən avtomobillərin kuzovuna aid detallarda hiss edilir. Məsələn,   istehsal tarixi 2000-ci ilə qədər olan “Mercedes E Class” avtomobilinin bamperi may ayına kimi 250-260 manata satılırdısa, indi bu detal 280 manat kimi bahalaşıb. 2011-ci il model “Toyota Carolla”avtomobilinin arxa bamperi əvvəl 160-170 manata satılırdı. İndi isə  bu ehtiyat hissəsinin yalnız köhnə  variantını 180 manata almaq olar.

Faralar 20 manat bahalaşıb

Bamperlə yanaşı faraların qiymətlərində də 20 manat artım müşahidə edilir. Məsələn, köhnə “Mercedes”lərin faraları bir neçə ay əvvəl 150 manata təklif edilirdisə, indi  eyni faranı 170 manatdan aşağı almaq mümkün deyil.

Dublikat şüşələrdə 12-13 % qiymət artımı

F.Məlikov bildirib ki, avtomobil şüşələrinin dublikatları 12-13 % bahalaşıb. Belə ki, əvvəl 150 manata satılan avtomobilin ön şüşəsinin qiyməti hazırda 170 manatdır.

Yeni ehtiyat hissələri ona görə bahaşmayıb ki…

Ekspertin sözlərinə görə, köhnə  ehtiyat hissələri nisbətən bahalaşsa da, yeni ehtiyat hissələrinin qiymətlərində hər hansı bir artım yoxdur. Bu da ehtiyat hissələri bazarında yeni detallara tələbatın aşağı olması ilə bağlıdır.Satıcılar istəsələr də hələlik qiymətləri artıra bilmirlər: “Yeni ehtiyat hissələrinin alıcıları onsuz da azdır. Bu detalların qiymətlərini artırmaq ona görə də məqsədə uyğun deyil”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272