AVTO

Bakıda yapon avtomobilləri ucuzlaşdı - QİYMƏTLƏR
26 İYUL
6795

Bakıda yapon avtomobilləri ucuzlaşdı - QİYMƏTLƏR

2016-07-26 14:02:00

Azərbaycanda Yaponiya avtomobilləri ucuzlaşıb. Söhbət “Mazda”, “Mitsubishi” və “Honda” modellərindən gedir. Bu avtomobillərin Azərbaycanda rəsmi təmsilçisi “Group Motors” şirkətindən fins.az-a verilən məlumata görə,  yay kampaniyası çərçivəsində avtomobillərin qiymətləri endirilib və məqsəd yay mövsümündə nisbətən azalan satışları canlaşdırmaqdan ibarətdir. 2015-ci ilə aid modellərlə yanaşı, bəzi 2016-cı il model avtomobillər də ucuzlaşıb. Avtomobillər dollar ekvivalentində manatla satılır.Şirkətdən bildirilib ki, qiymətlər Mərkəzi Bankın gündəlik məzənnəsinə uyğun olaraq manatla müəyyənləşdirilir.

“Mitsubishi”lərə  400-1000 dollar endirim

“Mitsubishi” modelləri 400-1000 dollar ucuzlaşıb. Məsələn, 1.2 l mühərrikli 2015-ci il model “Mitsubishi Attrage”  əvvəl 11900 dollara satılırdısa, indi 11500 dollara təklif edilir. 2016-cı il model “Mitsubishi Outlander”in 2.4 l mühərrikli versiyası 1000 dollar endirimlə 25900 dollara, 3.0 mühərrikli versiyası isə 34900 dollara satılır.

 “Mazda"lar 1000-1400 dollar ucuzlaşıb

“Mazda” avtomobillərindən isə 3 modeldə endirim təklif edilir.Söhbət “Mazda 3”, “Mazda 6” və “Mazda CX” modellərindən gedir.Bu avtomobillərə 1000-1400 dollar endirim təklif edilir. Məsələn, 1.5 l mühərrikli “Mazda 3” artıq 21500 dollardan 1990 dollara kimi ucuzlaşıb. Əvvəl 26 900 dollara satılan  2.0 mühərrikli “Mazda 6”ın qiyməti 25 500 dollara, 2.5  l mühərrikli  versiyası isə 33900 dollardan 32900 dollara kimi endirilib.  2016-cı il model full komplektasiyalı 2.0  mühərrikli “Mazda CX” 1000 dollar endirimlə 30900 dollara, 2.5 l mühərrikli  versiya isə eyni endirimlə 33900 dollara satılır.

“Honda”larda 1000-3000 dollar qiymət fərqi 

“Honda” markasına aid 2015-ci il model avtomobillərə endirim təklif edilir.  2.4 l mühərrikli “Honda CR-V”in qiyməti 31900 dollardan 30900 dollara düşüb. Ötən ilin 2.4 l mühərrikli “Honda Accord” modeli 3 min dollar ucuzlaşıb. Əvvəl 36900 dollara satılan maşını indi salonda 33900 dollara təklif edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275