AVTO

Azərbaycanda «Daewoo» avtomobilləri buraxılacaq
22 İYUL
820

Azərbaycanda «Daewoo» avtomobilləri buraxılacaq

2016-07-22 15:45:00

Azərbaycanda «Reno» və «Pejo» avtomobilləri ilə yanaşı, daha bir marka – «Daewoo» modelləri istehsal ediləcək. Söhbət İranın «Khodro» avtomobil şirkəti Azərbaycanın “Azevrocar” şirkətinin birgə istehsalından gedir. Şirkətlər arasında bağlanan müqaviləyə əsasən avtomobillər Neftçala Sənaye Məhəlləsində istehsal ediləcək.

“Azevrocar” şirkətindən fins.az-a verilən məlumata görə, Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün artıq şirkətə şəhadətnamə verilib. Avqust ayında İran prezidentinin Azərbaycana səfərindən sonra zavodun təməlqoyma mərasimi olacaq.

Şirkətdən bildirilib ki, bundan sonra ehtiyat hissələrinin istehsalı ilə bağlı məsələlər də dəqiqləşəcək.İlkin razılaşmaya əsasən avtomobillərin ehtiyat hissələrinin 15-20 %-I “Azevrocar”ın Neftçaladakı zavodunda istehsalı planlaşdırılır.Ehtiyat hissələrinin 30-40%-i Bakı və Sumqayıtda yerləşən zavodlarda istehsal edilə bilər. Bununla bağlı tender keçiriləcək.

Şirkətlərin nümunə üçün istehsal etdikləri detal İrandakı Khodro zavoduna göndəriləcək. Kefiyyət qaneedici olarsa, yerli zavodlarla ehtiyat hissələrinin istehsalı ilə bağlı razılığa gəlinəcək.“Azevrocar”dan bildirilib ki, ehtiyat hissələrinin 40%-I, o cümlədən, əsas dəmir-tökmə detallar İranda istehsal ediləcək.

Şirkətdən verilən məlumata görə, «Reno» və «Pejo» avtomobillərindən sonra 2018-ci ildə «Daewoo»ların istehsalına başlanacaq. Avtomobilin minik modellərinin Azərbaycanda istehsalı gözlənilir. “Daewoo” modellərinin 10 min manat civarında satılacağı gözlənilir.Daxili bazarla yanaşı, yeni modellərin xarici bazara çıxarılacağı gözlənilir.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275