AVTO

Tesla elektriklə işləyən yük avtomobili buraxacaq
21 İYUL
219

Tesla elektriklə işləyən yük avtomobili buraxacaq

2016-07-21 13:13:00
"Tesla" şirkətinin təsisçisi olan İlon Mask yeni uzunmüddətli inkişaf planını açıqlayıb. Onun sözlərinə görə, 2017-ci ildə şirkət ilk yük maşınını və şəhər nəqliyyatının yeni modelini təqdim edəcək.
 
Fins.az-ın verdiyi məlumata görə, bu fikirlər bağlı İlon Maskın cızdığı "Genaral Plan. Part 2" adlı planda öz əksini tapıb. Qeyd edək ki, planın birinci hissəsi 10 il bundan öncə təqdim olunmuşdu.
 
Maskın yazdığına görə, bazar üçün elektrokarlardan savayı daha iki avtopilotlu elektrik nəqliyyat vasitələri yaratmağı düşünürlər: yük və çoxyerli şəhər nəqliyatı. Bu avtomobillərin layihələri hazırlanma mərhələsindədir və növbəti il ​​təqdim olunacaqlar.
 
Mask yeni icad olunan modelə isə "Tesla Semi" adı verib.
 
Avtobusları  mobil telefonla və yaxud dayanacaqda olan xüsusi düymə ilə çağırmaq olacaq və o, sərnişinləri yol boyu yığa biləcək. Avtobusda əlil, uşaq arabaları və velosipedlərı də daşımaq imkanı olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272