AVTO

Ölkəyə gətirilən avtomobillərlə bağlı yeni cəza – MÜSADİRƏ OLUNACAQ
20 İYUL
2699

Ölkəyə gətirilən avtomobillərlə bağlı yeni cəza – MÜSADİRƏ OLUNACAQ

2016-07-20 19:02:00

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin qüvvəyə minməsini təsdiqləyib. Dəyişiklik məcəllənin 499.2-ci maddəsində edilib. Dəyişikliklərə görə,. aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə-

inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

Qeyd edək ki, əvvəl həmin maddənin cəzası belə idi: «inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin mallar və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275