AVTO

“Hyundai”lar Azərbaycanda niyə bahadır? - QİYMƏT
19 İYUL
1094

“Hyundai”lar Azərbaycanda niyə bahadır? - QİYMƏT

2016-07-19 12:18:00

Azərbaycanda yeni avtomobillər qonşu ölkələrlə müqayisədə xeyli baha satılır. Fins.az-ın məlumatına görə,  bahalı avtomobil markaları ilə yanaşı,  qiymət fərqini nisbətən ucuz markalardada müşahidə etmək olar. Fins.az bu dəfə “Hyundai” avtomobillərinin qiymətləri ilə bağlı Rusiya və Azərbaycan bazarının müqayisəsini aparıb. “Audi”, “Mercedes”,“Toyota”lardan fərqli olaraq  bu modellərdə qiymət fərqi aşağıdır.Belə ki, Azərbaycanda satılan yeni “Hyundai”lar Rusiyadan 12 min dollara kimi  bahadır.

Ən az fərq “Santa Fe”lərdə -300 dollar

“Hyundai” modelləri arasında ən az qiymət fərqi  yeni model “Santa Fe”lərdədir. Belə ki, 2.4 l mühərrikli  bu avtomobil Bakıda  27 051 dollara , Rusiyada isə 26 751 dollara satılır. Qiymət fərqi cəmi 300 dollardır.

“Tucson”lar 2 051 dollar bahadır

“Hyundai” digər modellərində qiymətlərində  daha çox nəzərə çarpacaq fərq yaranır. Məsələn, yeni model “Tucson”lar hazırkı məzənnə ilə Rusiya bazarında 2051 dollar ucuz satılır. 2.0 l mühərrikli  “Tucson”un Bakı qiyməti 24 423 dollar olduğu halda, bu avtomobili Rusiyadan 22 372 dollara almaq olar. 

“Hyundai H1”lərdə 2 471 dollar fərq

“Hyundai” markasının minik modelləri ilə yanaşı kommersiya və biznes üçün nəzərdə tutulmuş avtomobilləri də Rusiya bazarında daha ucuzdur. Buna “H1” modelini misal göstərmək olar. 2.5 l mühərrikli biznes avtomobili Bakıda  32 371 dollara təklif edilir. Eyni avtomobili Moskvadan sifariş etmək  29 900 dollara başa gəlir. Yəni, 2471 dollar daha ucuz.

“Elantra”lar  4 760 dollar bahadır

Azərbaycanda daha məşhu r olan modellərdən “Elantra”ların 2016-cı il modeli isə Rusiyadan almaq 4760 dollar ucuz başa gəlir. 2.0l mühərrikli  yeni model “Elantra” Bakıda 23 653 dollara, Moskvada 18 893 dollara satılır. 

Ən böyük qiymət fərqi “Genesis”lərdə - 11 982 dollar  

“Hyundai” avtomobilləri sırasında ən böyük qiymət fərqi premium modellərdədir.  3.0l mühərrikli yeni “Genesis” Rusiyada  11 982 dollar ucuzdur. Bakıda eyni modeli almaq 48 653 dollara, Rusiyadan sifariş etmək isə  36 671 dollara başa gəlir.  Bu  qiymət fərqinə həttab əlavə bir avtomobil də almaq mümkündür. 

“Auto Azerbaijan”: “Bəzi modellər  Rusiyada istehsal edilir”

“Hyundai” avtomobillərinin Azərbaycanda rəsmi təmsilçisi “Auto Azerbaijan” şirkəti yaranan qiymət fərqini bir neçə amillə əsaslandırıb. Şirkətin satış  müdirinin müavini Pərviz Quşhani fins.az-a bildirib ki,  “Hyundai” avtomobillərinin Rusiya bazarı Azərbaycanla müqayisədə 10 dəfə böyükdür. Satışların çox olmasına görə  “Hyundai”ları  Rusiya bazarına aid dilerlərin daha ucuz ala bilirlər. 

Digər tərəfdən  “Hyundai” avtomobillərinin  Rusiyada zavodları fəaliyyət göstərir.  Rəsmi dilerlər də bəzi modelləri buradan alırlar. Əlavə xərclər olmadığı üçün bu modellər Rusiyada daha ucuz satılır. Məsələn, hazırda Sankt Peterburqda “Hyundai Accent” modeli yığılır. Bundan əlavə “Creta” avtomobillərinin Rusiyada yığımına başlanılıb. 

P.Quşhani digər bir səbəb kimi avtomobillərin təhcizatını göstərir. Şirkətin nümayəndəsi iddia edir ki, Azərbaycan bazarında satılan “Hyundai”ların təhcizatı  Rusiya bazarında satılanlardan daha zəngindir. Məsələn, yerli  müştərilər lazım olub olmamağından aslı olmayaraq əlavə təhcizatın olmasını istəyirlər. Buna ponorama lyuku aid etmək olar. Əlavə təhcizat da avtomobilin qiymətini artırır.

Hyundai

Mühərrik

Azərbaycanda (dollar)

Rusiyada

 

Qiymət fərqi

rubl

dollar

 Elantra

     2.0l

23 653

1 199 000

18 893 

4760

Tucson

2.0 GL

      24 423

1 440 900

22 372

2051

Santa Fe

2.4 l

27 051

1 699 000 

26 751

300

Genesis

3.0l

48 653

2 329 000

36 671

11 982

Hyundai H1

2.5l

32 371

1 899 000

29 900

2 471

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272