AVTO

Azərbaycanda avtomobillərə də “tax free” olacaq
18 İYUL
495

Azərbaycanda avtomobillərə də “tax free” olacaq

2016-07-18 14:19:00

Xarici vətəndaşlar artıq Azərbaycanda aldıqları mallara görə də “tax free” əldə edəcəklər. Prezident İlham Əliyev iyul ayının 12–də bununla bağlı fərman imzalayıb. Azərbaycanda qeyri-kommersiya məqsədi ilə mal alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ödədikləri əlavə dəyər vergisi (ƏDV) ölkəni tərk etdikləri zaman onlara geri qaytarılacaq. 

Azərbaycana gətirilən maşınlara xaricdə tələbat var

Avtomobil eksperti Rəşad Quliyev fins.az-a bildirib ki, hələlik “tax free” ölkədə test rejimində işləyəcək.Sonrakı mərhələ də digər mallarla yanaşı, avtomobil və onların ehtiyat hissələrinə “tax free” tətbiq ediləcək. Bu isə Azərbaycanın avtomobil ticarətində tranzit ölkəyə çevrilməsinə səbəb olacaq. Ekspertin sözlərinə görə, hazırda bir sıra ölkələr, o cümlədən Çin avtomobilləri Azərbaycanda almaq istəyir. Çünki rəsmi dillerlər tərəfindən Azərbaycana gətirilən yeni avtomobillər digər bazarlara aid olan avtomobillərdən daha kefiyyətlidir. Məsələn, şassi nömrəsində “A” ilə işarə edilən modellər kefiyyət baxımından daha aşağıdır. Bu avtomobillər Rusiya bazarına daha çox çıxarılır. Çin isə kefiyyət məsələsinə görə, Rusiyadan bu avtomobilləri almır. 

“Bolqarıstan “Mercedes”ləri Azərbaycandan almaq istəyir”

Azərbaycan bazarına isə şassi nömrəsində daha kefiyyətli oluduğunu göstərən “H” və “G” işarəli avtomobillər gətirilir. R.Quliyevin sözlərinə görə, hətta bəzi Avropa ölkələri, məsələn, Bolqarıstan “Mercedes” modellərini Azərbaycandan almaq istəyir. Amma ölkəyə gətirilən avtomobillərə tətbiq edilən 18 %-lik ƏDV buna imkan vermir. “Tax free”nin tətbiq edilməsindən sonra isə Azərbaycandan avtomobil almaq istəyən xarici vətəndaş ölkədən çıxarkən buna görə ödənilən ƏDV-ni geri ala biləcəklər. Məsələn, yeni “Mercedes GLS 400” 63 min avroya satılır. Avtomobili Azərbaycana gətirmək 3 min avroya başa gəlir. Avtomobilin qiyməti oldu 66 min avro, yəni 115 min manat. Bundan əlavə avtomobilə görə 21 205 manat ƏDV ödənilməlidir. Xarici vətəndaş bu avtomobili ölkədən çıxararkən 21 205 manatlıq idxal rüsumunu geri ala biləcək. 

Rəsmi dillerlərin biznesi genişlənəcək

Ekspert hesab edir ki, avtomobillərə “tax free”nin tətbiq edilməsinin əsas iki müsbət təsiri olacaq. Birincisi hazırda satışları kəskin azalmaqda olan rəsmi avtomobil dilerləri daxili bazardan əlavə geniş xarici bazar əldə edəcəklər. Nəticədə Azərbaycanda avtomobil biznesi inkişaf edəcək. 

Avtomobil daşımaları ölkəyə əlavə gəlir gətirəcək

Digər tərəfdən Azərbaycan avtomobil daşımaları ilə bağlı tranzit ölkəyə çevriləcək. Avtomobil daşımaların artması ölkəyə əlavə gəlir gətirəcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274