AVTO

Ölkəmizdə cəmi 56 ədəd minik avtomobili istehsal olunub
15 İYUL
307

Ölkəmizdə cəmi 56 ədəd minik avtomobili istehsal olunub

2016-07-15 15:46:00

Azərbaycanda cari ilin yanvar-iyun ayları ərzində 56 ədəd minik avtomobili istehsal olunub.

Fins.az Dövlət Statistika Komitəsinin məlumatına görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 82,8% azalma deməkdir

Cari il iyulun 1-nə 156 ədəd hazır məhsul ehtiyatı yaranıb. Hesabat ilində yük avtomobili istehsalı 225 ədəd, traktor 367 ədəd təşkil edib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə yük avtomobilləri üzrə 58,5% artım, traktor istehsalı üzrə isə 32% azalma qeydə alınıb.

Rəsmi statistikaya əsasən, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 116,0 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 23,0%, sair nəqliyyat vasitələrinin istehsalı 4,3% azalıb, avtomobil və qoşquların istehsalı isə 43,8 faiz artıb.

Qeyd edək ki, Azərbaycanda avtomobil istehsalı Naxçıvan, Gəncə şəhərləri və Şamaxı rayonunda həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272