AVTO

"Dizel qalmaqalı" "Volkswagen"in satışına zərbə vurdu
15 İYUL
277

"Dizel qalmaqalı" "Volkswagen"in satışına zərbə vurdu

2016-07-15 14:19:00

2016-cı ilin I yarısında "Volkswagen" avtomobil konserninin Avropa bazarındakı payı 11,2%-ə enib ki, bu da 2008-ci ildən etibarən ən aşağı göstəricidir.

Fins.az APA-ya istinadən istinadən xəbər verir ki, ötən ilin analoji dövründə "Volkswagen"in köhnə qitədəki payı 12,1% olub. Qlobal maliyyə böhranının tüğyan etdiyi 2008-ci ildə konsernin bazar payı 10,4% olub.

"Financial Times" yazır ki, bazar payının azalmasına səbəb böyük səs-küyə səbəb olan və konserni ziyana salan "dizel qalmaqalı" adlanan proses olub. Bu ilin yanvar-iyun ayları ərzində Avropa İttifaqının ərazisində 875 min 380 ədəd "Volkswagen" satılıb ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə cəmi 0,8% artım deməkdir. Maraq üçün qeyd edək ki, müvafiq dövr ərzində konserni yaxından izləyən rəqiblər satışlarını 5-15% artırıb.

"Dizel qalmaqalı" 2015-ci ilin sentyabrında baş verib. O zaman məlum olub ki, "Volkswagen" havaya atılan zərərli maddələrin miqdarını saxtalaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272