AVTO

Gəncədə Çin maşınlarının satışına başlanacaq
15 İYUL
321

Gəncədə Çin maşınlarının satışına başlanacaq

2016-07-15 11:44:00

Çin avtomobillərinin Azərbaycanda rəsmi təmsilsiçi “Sirena Motors” şirkətinin yeni filialı açılacaq. Bu barədə fins.az-a şirkətdən bildirilib.  Şirkətdən bildirilib ki, qərb bölgəsində Çin istehsalı olan avtomobillərə böyük maraq var. Eyni zamanda, avtomobillərin servisi və ehtiyat hissələri üçün müştərilər Bakıya üz tutmalı olurdular.

Sentyabr ayında şirkətin Gəncədə yeni nümayəndəliyinin açılması ilə müştərilərin işi asanlaşacaq. Belə ki, burada  “Changan”, “Baic” və “Gac” modellərinin satışına başlanacaq. Bundan əlavə  yeni filialda Çin avtomobillərinin ehtiyat hissələrinin satışı və servisi də olacaq.

Qeyd edək ki, hazırda “Sirena Motors”un Bakıda 4 və  Sumqayıtda bir nümayəndəliyi fəaliyyət göstərir. Yeni filial ilə ölkə üzrə Çin avtomobillərinin nümayəndəliklərinin sayı 6-ya çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272