AVTO

Azərbaycanda ucuz Ukrayna avtomobilləri satışa çıxarıldı – QİYMƏTLƏR
14 İYUL
3403

Azərbaycanda ucuz Ukrayna avtomobilləri satışa çıxarıldı – QİYMƏTLƏR

2016-07-14 14:34:00

Azərbaycanda ucuz Ukrayna avtomobillərinin satışına başlanılıb. Söhbət “ZAZ” brendini də aid avtomobillərdən gedir. Fins.az-ın məlumatına görə, "Mercedes-Benz” avtomobilləri bərabər “ZAZ” avtomobillərinin  Azərbaycanda rəsmi təmsilçisi “AvtoKapital Azərbaycan” şirkətidir.Şirkətdən fins.az-a bildirilib ki, hazırda ZAZ markasına 4 modelin satışına başlanılıb. Vida Sedan, Vida HB, ZAZ Forza Sedan və Forza HB modelləridir.Qiymətlər 12750 manatdan başlayır. Modellərin əksəriyyəti mexaniki sürət qutusu ilə təchiz olunub.

“ZAZ Vida Sedan” -13 min -15900 manat

ZAZ Vida Sedan avtomobilləri iki versiyada satışa çıxarılıb.  Mexaniki sürət qutulu modellər 109 at gücündə 1.5 l mühərriklə təhciz edilib. Avtomobil şosedə 5,8 litr, şəhər daxili yollarda isə 9,7 litr yanacaq işlədir. Maksimal sürəti saatda 160 km-dir.  Təhcizatına gəlincə, avtomobil ABS, SHG,EBD sistemləri, kondisioneri,mərkəzi qapanma sistemi, güzgülərin və arxa şüşənin qızdırılması sistemi var. Bundan əlavə ön şüşə qaldırıcıları və duman əleyhinə fənərləri var.Avtomobil  R14 polad disklərlə təhciz edilib. Avtomobil 13 min manata satılır.

Modelin avtomat sürət qutulu versiyası isə daha kiçik, yəni 94 at gücündə 1,4 litr həcmdə mühərriklə təhciz edilib. Yanacaq sərfində o qədər də böyük fərq yoxdur. Avtomat sürət qutulu “Vida Sedan”lar şosedə 5,6 litr, şəhər daxili yollarda 9,6 litr yanacaq işlədir. Avtomobilin maksimal sürəti saatda 170 kilometrdir. Həmin avtomobilin qiyməti 15900 manatdır.

“ZAZ Vida HD” -13300 manat

“ZAZ Vida HD”  avtomobilin mexaniki sürət qutulu sedan versiyası ilə eyni mühərriklə təhciz edilib. Avtomobilin təhcizatı da eynidir.“ZAZ Vida HD”  yalnız mexaniki sürət qutulu versiyada satışa çıxarılıb. Avtomobil 13300 manata satılır.

“ZAZ Forza”ları 12750 -12900 manata almaq olar

“ZAZ Forza” avtomobillərinin həm sedan, həm də xeçbək versiyasını əldə etmək mümkündür. Həm sedan, həm də xeçbək versiyaları eyni  mühərriklə təhciz edilib. Təhcizatdan aslı olaraq “ZAZ Forza HD” modelləri 12 750 və 12900 manata satılır. “ZAZ Forza Luxury” modelini isə 12850 manata əldə etmək olar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275