AVTO

Ölkəyə avtomobil gətirənlərin nəzərinə
12 İYUL
716

Ölkəyə avtomobil gətirənlərin nəzərinə

2016-07-12 19:33:00

Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyul 2016-ci il tarixli 267 nömrəli Qərarı ilə edilmiş dəyişikliklər “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli 1853 nömrəli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən verilən təkliflər əsasında hazırlanıb.

Bu barədə fins.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Qaydalara edilmiş dəyişikliklərdən biri fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən nəqliyyat vasitələri ilə bağlıdır.

Azərbaycan Gömrük Məcəlləsinin tələblərinə uyğun olaraq gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi digər sənədləri təqdim edən şəxs və onun nümayəndəsi onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir.

Belə ki, aparılmış araşdırma və təhlil nəticəsində müəyyən edilib ki, qeyri-rezident fiziki şəxslər tərəfindən gömrük ərazisinə müvəqqəti gətirilmiş xarici ölkələrdə daimi qeydiyyatda olan XİFMN-in 8703 və 8711 mal mövqələrinə aid Avro-4 ekoloji norma və standartlarına uyğun olmayan avtonəqliyyat vasitələri və onların qoşquları (yarımqoşquları) Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın tələblərinə uyğun olaraq geri aparılmalı və qaytarılmalı olduğu halda, həmin nəqliyyat vasitələri bəzi hallarda gömrük ərazisindən kənara aparılmır və yaxud gömrük ərazisinə geri qaytarılmır.

Bu cür halların baş verməsi Gömrük Məcəlləsinə və yuxarıda qeyd olunan qaydalara əsasən gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsulları tətbiq edilmədən geriyə qaytarılma barədə üzərinə öhdəlik götürmüş və gömrük ərazisinə nəqliyyat vasitəsini müəyyən müddətdə müvəqqəti gətirən qeyri-rezident fiziki şəxslər tərəfindən gömrük qaydalarının pozulmasına səbəb olur.

Ölkə ərazisinə müvəqqəti olaraq gətirilən nəqliyyat vasitələri ilə bağlı qaydalara edilən dəyişikliklər gömrük orqanları qarşısında öhdəlikləri olan fiziki şəxslər tərəfindən bu öhdəliklərin yerinə yetirilməsinə və bunun nəticəsində də hüquqpozma faktlarının azalmasına gətirib çıxaracaq.

Dəyişikliklər dərc edildiyi gündən (12 iyul) 30 gün sonra qüvvəyə minəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272