AVTO

Bakıda “Mercedes”in yük maşınları bu şirkət satacaq
12 İYUL
349

Bakıda “Mercedes”in yük maşınları bu şirkət satacaq

2016-07-12 11:03:00

Azərbaycanda daha bir şirkət yük maşınları satışına start verib.  Söhbət  “Mercedes” brendinə  aid yük maşınlarının, orta və ağır tonnajlı seqmentindən gedir. Fins.az-ın məlumatına görə, Bakıda “Mercedes”in   orta və ağır tonnajlı modelləri üzrə  yeni dilleri “UEİ Transport”  şirkətidir. Şirkətin satış və  marketinq departamentinin müdiri Mirkazım Seyidov fins.az-a bildirib ki, şirkətin  artıq texniki açılışı olub.  Avtomobillərin satışına başlanılıb. Şirkətin,   Şamaşı şossesi 15 km ünvanında yerləşən salonunda  hazırda “V Class 220 D”,  “Vito”, “Sprinter” mikro avtobusları, “ACTROS 4141” yük maşını satılır.Alıcıları maraqlandıran bütün  “Mercedes” markasına aid ağır və orta tonnajlı texnika sifarişlə qısa müddətə Azərbaycana çatdırılır. M.Seyidov bildirib ki, rəsmi açılış sentyabr ayının sonuna planlaşlıdırılır.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275