AVTO

"Turbo.az"-dan pulu elan xəbərinə - CAVAB
12 İYUL
584

"Turbo.az"-dan pulu elan xəbərinə - CAVAB

2016-07-12 09:43:00

“Turbo.az saytında avtomobil satmaq üçün elan yerləşdirənlərdən 10 manat tələb olunacağı barədə yayılan məlumat yanlışıdır və təxribat xarakterlidir”.

Fins.az  “Marja”-ya istinadən xəbər verir ki, bunu Turbo.az layihəsinin rəhbəri Roman Volkov bildirib.

Eləcə də bax: İnternetlə maşın satmaq pullu oldu

“Turbo.az-da elanın yerləşdirilməsi pulsuzdur. Necə ki, 10 ildir ödənişsizdir və ödənişsiz də qalmaqda davam edəcəkdir. Düzdür, portalımızda ödənişli xidmətlər mövcuddur. Həmin pullu xidmətlər elanın yerləşdirilməsi üçün deyil, elanın daha görüntülü edilməsi üçün nəzərdə tutulub”,- Portalın rəhbəri bildirib.

Roman Volkov qeyd edib ki, saytın sahibinin dəyişməsi barədə yazılanlar da yanlışıdır: “Saytın sahibi deyil, icraçı direktoru dəyişmişdir”.

Qeyd edək ki,  Avtosfer.az saytı avtomobil alverçilərinə istinadən Turbo.az-da elanın yerləşdirilməsinin ödənişli edildiyi barədə məlumat yaymışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270