AVTO

Azərbaycanda yeni "Zaporojest"lərin satışı başlanıb - QİYMƏT
11 İYUL
2532

Azərbaycanda yeni "Zaporojest"lərin satışı başlanıb - QİYMƏT

2016-07-11 19:26:00

Azərbaycanda ucuz Ukrayna avtomobillərinin satışına başlanılıb.

Fins.az “Marja”-ya istinadən xəbər verir ki, “AvtoKapital Azərbaycan” şirkəti "Mercedes-Benz” avtomobilləri bərabər Ukraynanın “ZAZ” brendini də Azərbaycanda təmsil edir.

Hazırda satışa ZAZ Vida Sedan, Vida HB, ZAZ Forza Sedan və Forza HB modelləri təqdim edilir.

Qiymətlər 12750 manatdan başlayır. Modellərin əksəriyyəti mexaniki sürət qutusu ilə təchiz olunub. Satışa təqdim edlən modellərdən yalnız Zaz Vida Sedan modelinin avtomotik sürət qutusu ilə təchiz edilmiş versiyası var. Həmin avtomobilin qiyməti 15900 manatdır.

Qeyd edək ki, Zaporoj Avtomobil Zavodu Ukraynanın ən böyük yerli avtomobil istehsalçısıdır. El arasında “Zapı” kimi tanınan “ZAZ-965” modeli Zaporoj Avtomobil Zavodu tərəfindən istehsal olunmuşdu.

Qiymətlər və texniki xüsusiyyətlər ilə daha ətraflı buradan tanış ola bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272