AVTO

Xarici avtomobillərə Gürcüstanda zəmanət veriləcək – YENİLİK
11 İYUL
521

Xarici avtomobillərə Gürcüstanda zəmanət veriləcək – YENİLİK

2016-07-11 15:39:00

Azərbaycanda satılan təzə avtomobilləri, xüsusilə də “Mercedes”ləri xaricdən almaq xeyli ucuz başa gəlsə də, Azərbaycan bu maşınlara zəmanət verilmir. Ona görə də avtomobil alıcıları ucuz başa gəlməsini deyil, zəmanətli olmasını nəzərə alaraq yeni avtmobilləri daxili bazardan almağa üstünlük verirdilər. Amma indi vəziyyət dəyişib. Belə ki, artıq xaricdən gətirilən  yeni “Mercedes”lərə də zəmanət almaq olacaq. Bu barədə fins.az-a “VIP ESCORT MOTORS” şirkətinin rəhbəri Rəşad Quliyev bildirib. 

“Mercedes”lərə Gürcüstanda zəmanət başlayır 

Onun sözlərinə görə, avtomobil şirkətlərinin bəziləri xaricdən gətirilən modellərinə görə, zəmanət verirdi. Bəzi  şirkətlər isə yalnız müəyyən ölkələrdən gətirilən modellərə zəmanət vermir. “Mercedes” şirkəti  isə zəmanətlə bağlı məhdudiyyət qoymadığı halda yerli diller belə maşınlara zəmanət verməkdən imtina edirdi. O bildirib ki, “VIP ESCORT MOTORS” şirkəti həm də yeni  “Mercedes” avtomobilllərinin satışını həyata keçirir. Ona görə də zəmanət məsələsi önəmlidir. Məsələ ilə bağlı “Mercedes” şirkətinin Gürcüstan dilleri ilə müzakirə aparılıb. Belə ki, artıq xaricdən gətirilən bütün yeni  “Mercedes” modellərini Gürcüstanda qeydiyyata aldırmaqla zəmanət almaq mümkün olacaq. Şirkətlərlə yanaşı, adi alıcılar da xaricdən avtomobili gətirərək servis kitabçasını Tbilisidə qeydiyyatdan keçirərək 2 illik zəmanət əldə edə bilərlər. 

Həm ucuz, həmdə zəmanətli

R.Quliyevin sözlərinə görə, bununlada yeni maşını rəsmi dillerdən heç bir fərq olmadan 10 min dollar ucuz gətirmək olacaq. Hətta rəsmi servisin satdığı eyni avtomobili Almaniyadan gətirmək adi alıcılara minimum 5 min dollar ucuz ala biləcəklər: “Məsələn,  2016-cı il model “Mercedes E Class AMG” avtomobil Bakıda 80 min dollar satılırsa, zavoddan əldə edilən güzəştlər sayəsində “VİP ESCORT MOTORS” bunu 70 min dollar satır. Müştəri eyni avtomobili özü alıb gətirsə zəmanətlə bütün xərclər daxil bu 75 min dollar başa gələcək.

R.Quliyev bildirib ki, zəmanət verilərkən avtomobilin harda servis göstəriləcəyi məsələsi önəmlidir. Bir neçə gündən sonra servis məsələsinə də aydınlıq gətiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274