AVTO

“AvtoKapital Azərbaycan” yerini dəyişdi
11 İYUL
251

“AvtoKapital Azərbaycan” yerini dəyişdi

2016-07-11 12:03:00

“Mercedes” avtomobillərinin Azərbaycanda rəsmi distribüteri “AvtoKapital Azərbaycan” ofisini dəyişib. Şirkətdən fins.az-a verilən məlumata görə,  “AvtoKapital Azərbaycan” artıq Bakı şəhəri C.Cabbarlı 44 ünvanında deyil, Bakı - Sumqayıt şossesi, 6-cı kilometrliyində “Mazda” və “Mitsubishi” avtomobillərinin satış salonlarının yaxınlığında yerləşir. Əvvəlkindən fərqli olaraq artıq “AvtoKapital”da yeni avtomobillər də nümayiş ediləcək. Yəni, müştərilər burada avtomobili seçərək dillerdən sifariş edə biləcəklər. Şirkətin satış mütəxəssisi Bəhram Əsədullayev fins.az-a bildirib ki, hələlik salonda yük avtomobillərinin nümayişi həyata keçirilir.Daha sonra minik modellərini də əsas ofisdən sifariş etmək olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275