AVTO

İnternetlə maşın satmaq pullu oldu
11 İYUL
2010

İnternetlə maşın satmaq pullu oldu

2016-07-11 11:34:00
Azərbaycanda ən populyar avtomobil alqı-satqısı portalı olan turbo.az saytında istifadəçiləri narazı salan dəyişiklik edilib.
 
Fins.az-ın Avtosfer.az-a istinadən məlumata görə, sayt rəhbərliyi dəyişib. Daha doğrusu, saytı başqasına satıblar. Bu səbəbdən də artıq saytda bəzi xidmətlər pulludur.
 
Oxucuların verdiyi məlumata görə, turbo.az saytında avtomobil satmaq üçün elan yerləşdirənlərdən 10 manat tələb olunur. Belə ki, maşın bir ay ərzində satılmırsa elanı saytdan silirlər. Elan təkrar yükləndikdə isə 10 manat tələb olunur. Avtomobil alqı-satqısı ilə məşğul olanlar bu dəyişiklikdən narazılıq edirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271