AVTO

Dünyada analoqu olmayan SUV avtomobili ixtira edilib
30 İYUN
414

Dünyada analoqu olmayan SUV avtomobili ixtira edilib

2016-06-30 11:55:00

Rumıniyada bir qrup ixtiraçı xilasetmə əməliyyatlarında iştirak etmək üçün analoqu olmayan SUV avtomobili yaradıb.

Avtomobil qar və su maneələrini asanlıqla keçmək, yolsuz yerlərdə saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına malikdir. Üzərinə yanğın söndürmək üçün xüsusi qurğular olan avtomobilin salonuna 11 nəfər yerləşə bilər.

İxtira ilə məşğul olan “Ghe-O Motors” şirkətinin nümayəndələri maşının düzəldilməsi üçün 3 il sərf etdiklərini və tezliklə avtomobili satışa çıxaracaqlarını bildiriblər.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271