AVTO

Bu maşını almağa ehtiyac yoxdur – YENİLİK
22 İYUN
1198

Bu maşını almağa ehtiyac yoxdur – YENİLİK

2016-06-22 11:36:00

«Mini» markası gələcəyin ağıllı maşınını təqdim edib, hansını ki almağa ehtiyac yoxdur. Londonda «BMW Group»un yüz illiyinə həsr olunmuş təşkil olunan təntənəli tədbirdə «Mini» markası da gələcəyin avtomobilini təqdim edib.

«Mini Vision Next 100» şəhər üçün xüsusi uyğunlaşdırılmış avtomobildir. Bu ağıllı avtomobilin sürücüsü hərəkət zamanı müxtəlif funksiyaları özünə uyğunlaşdıra biləcək. Əgər ona nəsə xüsusi bir şey lazım olarsa, xüsusi «Inspire me» («Məni həvəsləndir») düyməsini sıxmaq kifayərtdir, bundan sonra maşındlakı kompüter istifadəçinin şəxsi rəqəmsal məlumatlarını analiz edərək ona uyğun təklif verəcək.

«Mini Vision Next 100» gələcəyin avtomobilinə uyğun olaraq, avtopilotla təchiz olunub və sərbəst şəkildə, sükan arxasında sürücü olmadan yanacaq doldurma məntəqəsində və ya avtoyuyucuda park edə biləcək. Avtonom rejimə keçid zamanı istifadəçi sükan çarxını qarşı panelin mərkəzinə yerləşdirməlidir.

Konsept «hər Mini – mənim Mini-imdir» devizi altında hazırlanıb. Bu, o deməkdir ki, bütün avtomobillər karşerinq sisteminə qoşulacaq və müxtəlif insanlar tərəfindən istifadə ediləcək. Bununla, insanlara avtomobil almaq lazım olmayacaq – bunun üçün yaxınlıqdakı “Mini”ni seçib ondan istifadə etmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272