AVTO

Buna görə avtomobili cərimə meydançasına aparmaq olmayacaq - YENİLİK
09 İYUN
5520

Buna görə avtomobili cərimə meydançasına aparmaq olmayacaq - YENİLİK

2016-06-09 09:31:00

''Asan ödəniş'' sistemində ödənilməmiş cəriməsi görünməyən sürücünün avtomobili cərimə meydançasına aparıla bilməyəcək. İnzibati cərimələr və məhkəmə qərarlarının icrası üzrə ödənişlərin həyata keçirilməsini nəzərdə tutan ''asanpey.az'' portalında bununla bağlı yeniliklər edilib.

''Cərimən var avtomobil müvəqqəti duracağa aparılmalıdır''. Yol polisi ilə sürücülər arasındakı bu ziddiyətə ''Asan ödəniş'' sistemi çıxış yolu tapıb. Bundan sonra ''Asan ödəniş'' sistemində qeydiyyatdan keçən sürücünün cəriməsi əgər şəxsi kabinetində yoxdursa yol polisi həmin maşını apara bilməyəcək. Hətta bu cərimə yol polisinin ''bortkomputer''ində görsənsə belə bu, mümkün olmayacaq. Polis məsələni idarədə araşdırıb, sürücünün ödənilməmiş cəriməsini yenidən qeydə almaqla ''Asan ödəniş'' sisteminə göndərəcək.

"Asan xidmət"in elektron xidmətlərinin inovasiyalar şöbəsinin müdr müavini Fariz Cəfərovun sözlərinə görə, ''Asan ödəniş'' sistemin faydalarından biri də inzibati tənbeh tətbiq edilməsi ilə bağlı qərarlara dair məlumatların vətəndaşlara ödənişsiz olaraq SMS vasitəsilə göndərilməsidir. Yəni qaydanı pozan kimi dərhal sürücüyə mesaj göndəriləcək. Sözügedən portalda daha bir yenilik avtomobilə aid heç bir cərimənin olmamasını rəsmi sənəd kimi çıxarmaqdır. Bu da ən çox ikinci əl avtomobil satanların işini asanlaşdıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275